
Vensdən Papaya ismarış: "Mənəvi məsələlərlə Vatikan, siyasətlə Tramp məşğul olmalıdır"
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leo ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan ziddiyyəti şərh edib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Roma Papası XIV Leo ilə ABŞ Prezidenti Donald Tramp arasında yaranan ziddiyyəti şərh edib.
Gundem.today xəbər verir ki, Vens bu barədə "Fox News" telekanalında çıxışı zamanı danışıb.
O, Vatikana siyasətə deyil, mənəvi məsələlərə və Katolik Kilsəsinə diqqət yetirməyi tövsiyə edib:
"Vatikanın diqqətini kilsədəki vəziyyətə və mənəvi məsələlərə yönəltməsi, Birləşmiş Ştatların prezidentinin isə Amerikanın dövlət idarəçiliyi ilə məşğul olması daha doğrudur".
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp onun siyasi kursuna etiraz edən pontifikə ehtiyac duymadığını vurğulayaraq Roma Papasını kəskin tənqid edib. XIV Leo isə cavabında Tramp administrasiyasından qorxmadığını bildirib.
Qeyd edək ki, Roma Papası XIV Leo daha öncə İran xalqına ziyan vurmamağa çağırış etmiş və İslam Respublikasının vətəndaşlarına yönəlmiş təhdidlərin qəbuledilməz olduğunu bildirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBYD-nin Şençjen şəhərindəki zavodunda yanğın baş verib - VİDEO
Çinin Şençjen şəhərinin Pinşan rayonunda yerləşən BYD avtomobil zavodunun qarajında yanğın baş verib.
DünyaMarko Rubio Vaşinqtonda İsrail və Livan arasındakı danışıqlara qatılacaq
ABŞ-nin dövlət katibi Marko Rubio ölkəsinin vasitəçiliyi ilə təşkil olunan İsrail və Livan arasındakı danışıqlarda iştirak edəcək.
DünyaTürkiyə DİN Mansur Yavaş haqqında araşdırmaya başladı
Türkiyənin Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş haqqında araşdırma aparmağa icazə verib.
Dünyaİslamabad danışıqlarının sirləri açılır - Əraqçı ABŞ təmsilçilərini nədə ittiham edib?
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında baş tutan danışıqlar zamanı İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Birləşmiş Ştatların nümayəndə heyətinə fevral ayındakı hücum fonunda bundan sonra qarşılıqlı etimadla bağlı sual ünvanlayıb.