
Almaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEO
Almaniyanın Leypziq şəhərinin mərkəzi hissəsində avtomobil piyadalara çırpılıb.
Almaniyanın Leypziq şəhərinin mərkəzi hissəsində avtomobil piyadalara çırpılıb.
Gundem.today xəbər verir ki, hadisə barədə "Radio Leipzig" radiostansiyası məlumat verib.
İnsident nəticəsində azı səkkiz nəfər xəsarət alıb. Bəzi məlumatlara görə, azı iki nəfər həyatını itirib. Əlavə olaraq, iki şəxsin ağır, daha bir neçə nəfərin isə yüngül yaralandığı bildirilir.
"Leipziger Volkszeitung" nəşri şəhərin ober-burqomistri (meri) Burxard Yunqa istinadən xəbər verir ki, polis avtomobili insanların üzərinə sürən şəxsi artıq saxlayıb. Şəhər meri iki nəfərin həlak olduğunu təsdiqləyib. O əlavə edib ki, hazırda şəhər sakinləri üçün hər hansı təhlükə yoxdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada təyyarə binaya çırpıldı: Ölən var - VİDEO
Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə binaya çırpılıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə ağır bədən xəsarətləri alıb.
DünyaSEPAH təkzib etdi: Hörmüz boğazından heç bir gəmi keçməyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi komandanlığının ticarət gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı irəli sürdüyü iddiaları rədd edib.
DünyaHörmüzdə gərgin anlar: İran ABŞ-nin iddiasını rədd etdi
Amerika Birləşmiş Ştatları tərəfindən İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus hər hansı gəmi və ya qayıq batırılmayıb.
DünyaOmanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandı
Omanın şimalında yerləşən Musəndam vilayətində yaşayış kompleksinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.