
Omanda yaşayış binasına hücum: İki xarici vətəndaş yaralandı
Omanın şimalında yerləşən Musəndam vilayətində yaşayış kompleksinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.
Omanın şimalında yerləşən Musəndam vilayətində yaşayış kompleksinə edilən hücum nəticəsində azı iki nəfər yaralanıb.
Gundem.today xəbər verir ki, bu barədə Oman Xəbər Agentliyi ölkənin təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, Buxa rayonunun Tibat ərazisində şirkət əməkdaşları üçün nəzərdə tutulan yaşayış binası hücuma məruz qalıb. Hadisə nəticəsində iki əcnəbi vətəndaş orta ağır xəsarətlər alıb.
Bundan əlavə, dörd nəqliyyat vasitəsinə maddi ziyan dəyib, yaxınlıqdakı evlərdən birində isə pəncərələr sınıb.
Qeyd edək ki, Musəndam vilayəti Oman ərazisinin yarımeksklavıdır və Hörmüz boğazı yaxınlığında yerləşir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyadan ABŞ-yə cavab: "NATO-da heç bir çatışmazlıq yaranmayacaq"
"Vaşinqtonun Almaniyadakı hərbi kontingentinin sayını azaltmaq barədə qərarından sonra NATO-nun Avropadakı ənənəvi çəkindirmə imkanlarında heç bir çatışmazlıq yaranmayacaq".
DünyaRusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi
Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində atəşkəs elan olunduğunu açıqlayıb.
DünyaBraziliyada təyyarə binaya çırpıldı: Ölən var - VİDEO
Braziliyanın Belu-Orizonti şəhərində yüngülmühərrikli təyyarə binaya çırpılıb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə ağır bədən xəsarətləri alıb.
DünyaSEPAH təkzib etdi: Hörmüz boğazından heç bir gəmi keçməyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi komandanlığının ticarət gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı irəli sürdüyü iddiaları rədd edib.