
AMEA-nın vəzifəli şəxsi dünyasını dəyişdi - FOTO
Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.
Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib. O bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.
Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.
Çox sayda elmi məqalənin, kitab və monoqrafiyaların, patentlərin və ixtiraların müəllifi olub. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞuşada İƏT ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbiri çərçivəsində Qastronomiya Günü təşkil olunub.
CəmiyyətŞuşada ECO ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbiri çərçivəsində Qastronomiya Günü təşkil olunub.
CəmiyyətZərifə Əliyeva fenomeni: Elmdən səhiyyə siyasətinə uzanan yol
"Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biri də Zərifə Əliyevadır. Onun fəaliyyəti yalnız oftalmologiya sahəsində elmi yeniliklərlə məhdudlaşmayıb, eyni zamanda, ölkədə müasir səhiyyə düşüncəsinin formalaşmasına mühüm töhfələr verib. Akademikin irsi bu gün də həm elmi müstəvidə, həm də praktik səhiyyə sistemində yaşayır və inkişaf etdirilir".
CəmiyyətAli Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.