
"Mossad" rəhbəri: "Düşmən sirlərinin mərkəzindən strateji məlumatlar əldə etdik"
"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".
"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".
Gundem.today-ın "Mignews" nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea qurumun qərargahında 2025-ci il üzrə mükafatların təqdim edilməsi mərasimi zamanı bildirib.
Tədbirdə həmçinin rəhbərlik nümayəndələri, "Mossad" əməkdaşları, eləcə də İsrail Müdafiə Qüvvələrindən və digər təhlükəsizlik, kəşfiyyat qurumlarından nümayəndələr iştirak ediblər.
Bildirilib ki, bu il ölkənin təhlükəsizliyinə əhəmiyyətli töhfə verən, müxtəlif təhlükəsizlik və kəşfiyyat qurumları ilə yüksək səviyyədə koordinasiyanı əks etdirən 10 əməliyyat və layihə qeydə alınıb.
Bu layihələr arasında düşmənin qapalı strukturlarından strateji və taktiki kəşfiyyat məlumatlarının əldə edilməsi üzrə proseslər də var. Barneanın sözlərinə görə, bu əməliyyatlar İrana qarşı kampaniya çərçivəsində və şimal istiqamətində bir sıra addımların reallaşdırılmasını asanlaşdırıb, eləcə də kəşfiyyat üstünlüyünün qorunmasına imkan yaradıb.
"Biz düşmən sirlərinin birbaşa mərkəzindən strateji və taktiki kəşfiyyat məlumatları əldə etdik", - deyə o vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBuryatiyada qar uçqunu: Ölənlərin sayı artdı
Xilasedicilər Buryatiyada qar uçqunu baş verən mədəndə daha iki meyit tapıblar.
DünyaBƏƏ OPEC və OPEC+ ittifaqlarını tərk edəcək - Tarix açıqlandı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı il mayın 1-dən etibarən OPEC və OPEC+ alyansını tərk etməklə bağlı qərar qəbul edib.
Dünyaİrana qarşı müharibədən bəri LNG daşıyan ilk tanker Hörmüzdən keçib
ABŞ-İsrail və İran arasında münaqişə başlayandan bəri mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ilk tanker Hörmüz boğazından keçərək Fars körfəzindən yola düşüb.
DünyaKanada və Ukrayna birgə PUA istehsalına hazırlaşırlar
Kanadanın "Sentinel" və adı açıqlanmayan Ukrayna şirkəti pilotsuz uçuş aparatları (PUA) istehsalı məqsədilə birgə müəssisə qurmağı planlaşdırıblar.