Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Analıq məzuniyyətində olan müəllim iş yerini dəyişdirə bilərmi? - Qanunun tələbi
Analıq məzuniyyətində olan müəllim iş yerini dəyişdirə bilərmi? - Qanunun tələbi
Cəmiyyət

Analıq məzuniyyətində olan müəllim iş yerini dəyişdirə bilərmi? - Qanunun tələbi

Dünən
09:00
0 baxış
Paylaş:

Hər il müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı müsabiqə elan olunur. Bəzi hallarda analıq məzuniyyətində olan müəllimlər də bu prosesdə iştirak etmək istəyirlər.

Hər il müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı müsabiqə elan olunur. Bəzi hallarda analıq məzuniyyətində olan müəllimlər də bu prosesdə iştirak etmək istəyirlər.

Bəs analıq məzuniyyətində olan müəllimlər iş yerinin dəyişdirilməsi üzrə müsabiqəyə qatıla bilərlər?

Məsələ ilə bağlı Gundem.today-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev deyib ki, analıq məzuniyyətində olanların sözügedən müsabiqədə iştirakı mümkün deyil.

O qeyd edib ki, ümumilikdə, yerdəyişmə üçün müəllimin son iş yerində 3 il təcrübəsi olmalıdır:

"Pedaqoq bu halda yerdəyişmədə iştirak edə bilər. 3 il təcrübə axırıncı daimi iş yerində olmalıdır. Yəni deyək ki, müəllimin bütövlükdə 10 il təcrübəsi var, lakin sonuncu işlədiyi məktəbdə 3 il olmayıbsa, sözügedən prosesdə iştirak edə bilməz.

Sertifikasiya balı və ya müəllimlərin işə qəbul imtahanında topladığı bal da əsasdır. Hazırda bunlar olduğuna görə diaqnostik qiymətləndirmə balı çox rol oynamır. 60 ballıq sistemlə nəzərə alınır, Müəllimlərin İşə Qəbul (MİQ) imtahanının 100 ballıq sistemi də 60-a uyğunlaşdırılır".

O bildirib ki, rayonlardan Bakıya iş yerlərinin dəyişdirilməsi mümkün deyil:

"Lakin Bakıdan rayonlara yerdəyişmə mümkündür. Habelə rayonlararası yerdəyişmə də etmək olar. Bakı şəhərini dedikdə isə Abşeron rayonu bura daxil deyil".

Ekspert əlavə edib ki, analıq məzuniyyətində olan müəllimlər ilə yanaşı MİQ balı, sertifikasiya balı və ya diaqnostik qiymətləndirmə balı 30-dan az olanlar da yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#müəllimlərin_yerdəyişməsi#iş_yerinin_dəyişdirilməsi#analıq_məzuniyyəti#miq_balı#sertifikasiya_imtahanı#təhsil_qaydaları#müəllimlərin_stajı#məktəb_yerdəyişmə

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240