Son dəqiqə
Reper Kanye Uestin Polşadakı konserti ləğv edildiTramp İranın dəniz limanlarının blokadasını nə vaxt dayandıracağı barədə danışdı14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALARTrampdan sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"ABŞ prezidentindən sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"Trampdan İranla bağlı yeni açıqlama
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıb
Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıb
Siyasət

Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıb

Bu gün
00:24
0 baxış
Paylaş:

Aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda" mövzusunda panel iclas keçirilib.

Aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda" mövzusunda panel iclas keçirilib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç, Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın mövzu ilə bağlı fikirləri dinlənilib.

Hikmət Hacıyev çıxışında Azərbaycanın regionda sülh gündəliyinə tam sadiq olduğunu, bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirdiyini deyib: "Bu gün Cənubi Qafqazda real sülh mövcuddur və Azərbaycan bu sülhün möhkəmləndirilməsi üçün bütün səylərini davam etdirəcək. Biz bu istiqamətdə həm siyasi iradə, həm də diplomatik cəsarət nümayiş etdirmişik".

Qeyd edilib ki, bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir. Artıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşmağa başlayır.

Qlobal logistika və təchizat zəncirlərinin pozulmasının Orta Dəhlizin əhəmiyyətini bir daha göstərdiyini qeyd edən Hikmət Hacıyev Azərbaycanın eyni zamanda "dörd dəniz" konsepsiyasını nəzərdən keçirdiyini vurğulayıb.

O bildirib ki, Azərbaycan yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda çoxşaxəli geosiyasi kimliyə malik ölkədir.

Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani isə sülhə nail olan Azərbaycan və Ermənistan adına çox sevindiklərini ifadə edib.

O deyib ki, Cənubi Qafqaz ölkələrinin eyni baxışa malik olmaları rifah, sabitlik və sülhün təmin olunması istiqamətində ortaq mövqe nümayiş etdirmələri xalqların daha firavan yaşayacağına qəti inam yaradır.

Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşərkən Cənubi Qafqazın qlobal güc balanslarının dəyişdiyi və qeyri-müəyyənliklərin dərinləşdiyi bir dövrdə enerji və ticarət dəhlizlərinin kəsişdiyi strateji mərkəz kimi ön plana çıxdığını qeyd ediblər.

Bildirilib ki, regionun artan geosiyasi və iqtisadi əhəmiyyəti sabitliyin qorunmasını həm region ölkələri, həm də qlobal aktorlar üçün vacib edir. Türkiyə isə diplomatiya və əməkdaşlığı önə çəkən konstruktiv yanaşması ilə regional dialoqu gücləndirən, etimadın qurulmasına töhfə verən və regional qeyri-müəyyənliklərin idarə olunmasına dəstək göstərən bir körpü rolunu oynayır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Antalya_Diplomatiya_Forumu#Hikmət_Hacıyev

Oxşar Xəbərlər

Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşübSiyasət

Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranla görüşüb.

Bu gün
01:440
Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edibSiyasət

Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edib

"5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq".

Bu gün
01:140
Başlıbel qətliamından 33 il ötürSiyasət

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Bu gün
00:010
"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEOSiyasət

"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEO

"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əzmindəyik".

Bu gün
22:480