
Reper Kanye Uestin Polşadakı konserti ləğv edildi
Amerikalı reper Kanye Uestin Polşada keçirilməsi planlaşdırılan konserti musiqiçinin qalmaqallı ifadələri fonunda ləğv edilib.
Amerikalı reper Kanye Uestin Polşada keçirilməsi planlaşdırılan konserti musiqiçinin qalmaqallı ifadələri fonunda ləğv edilib.
Gundem.today xəbər verir ki, bu barədə "aif.ru" saytı məlumat yayıb.
Konsert iyunun 19-da Xojuv şəhərindəki "Sileziya" stadionunda baş tutmalı idi. Təşkilatçılar tədbirin "formal-hüquqi səbəblərdən" ləğv edildiyini bildirsələr də, bu qərarın ölkə rəsmilərinin kəskin tənqidindən sonra qəbul edildiyi vurğulanır.
Polşanın mədəniyyət naziri Marta Tenkovskaya daha əvvəl ifaçının konsertinin keçirilməsinin qəbuledilməz olduğunu bəyan etmişdi. Nazir bildirib ki, Adolf Hitleri dəstəkləyən çıxışlar etmiş bir sənətçinin Polşada səhnəyə çıxması, ölkənin tarixi keçmişi nəzərə alındıqda xüsusi qəzəb doğurur.
Qeyd edək ki, son illərdə Kanye Uest dəfələrlə antisemit bəyanatları və hərəkətlərinə görə qalmaqalların mərkəzində olub. O, öz brendi çərçivəsində qadağan olunmuş simvollardan istifadə etməsi və müsahibələrindəki səs-küylü çıxışları ilə kəskin etirazlara səbəb olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesTürkiyədə məşhur serialların yayımı dayandırıldı: Ssenarilər dəyişdirilir
Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən və ölkə gündəmini zəbt edən məktəb hücumlarından sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.
Şou-biznesABŞ-li məşhur reperi Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesABŞ-li məşhur reper Avropada konsertini təxirə saldı
ABŞ-dən olan tanınmış reper Kanye Uest iyunun 11-də Marsel şəhərində yerləşən "Stade Velodrome" stadionunda baş tutmalı olan konsert proqramını ertələyib.
Şou-biznesAlla Puqaçovanın Moskvadakı lüks mənzilinə görə kommunal borcu yaranıb - FOTO - VİDEO
Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın Moskvada, Kreml yaxınlığında yerləşən və qiyməti yarım milyard rubldan çox olan (11 milyon manat) mənzilinə görə kommunal borcları yaranıb.