Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Aprel ayında hava necə olacaq? - PROQNOZ
Aprel ayında hava necə olacaq? - PROQNOZ
Cəmiyyət

Aprel ayında hava necə olacaq? - PROQNOZ

1 aprel 2026
11:13
0 baxış
Paylaş:

Aprel ayına olan hava proqnozu açıqlanıb.

Aprel ayına olan hava proqnozu açıqlanıb.

Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin aprel ayında havanın ortaaylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 23-33 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 34-59 mm).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 49-83 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-64 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-54 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 0-4, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyə yaxın isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-126 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 30-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 41-72 mm).

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#hava_proqnozu#aprel_ayı_hava_proqnozu#Azərbaycanda_hava#aylıq_hava_proqnozu#Milli_Hidrometeorologiya_Xidməti#Bakıda_hava#bölgələrdə_hava#iqlim_norması#temperatur#yağıntı.

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240