
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Gundem.today xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən "Alp Delux" şadlıq sarayından gedir.
Baku TV məsələnin nə dərəcədə doğru olduğunu araşdırmaq üçün restoran rəhbərliyi ilə əlaqə saxlayıb. Müəssisənin inzibatçısı Amil Quliyev ittihamlara belə aydınlıq gətirib:
"Biz gündəlik fəaliyyət göstərən toy məkanıyıq və yayılan xəbərlər rəhbərliyi ciddi narahat edir. Bizdə əsasən quzu ətindən istifadə olunur, quzular isə tamamilə yerli məhsullardır. Mal ətindən yalnız basdırma hazırlanan zaman istifadə edilir. Mətbəximiz hər kəs üçün açıqdır. Şadlıq sarayımız cəmi 6 ay öncə təmirdən çıxıb. Toy sahibləri də narahat olub bizə zəng edirlər".
İnzibatçı həmçinin yayılan fotoların onlara aid olmadığını iddia edib:
"O şəkillər bizim restoranda çəkilməyib. Bizə gələn bütün ət məhsulları rəsmi şəkildə möhürlənmiş formadadır. Həmin görüntülərdəki ətlər bizə aid deyil", - deyə o vurğulayıb.
07 may, 16:36
Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Rauf oğlu Mehdiyevə məxsus "Alp Delux" şadlıq evində yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib. Şübhəli hallar səbəbi ilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb.
Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib. Ətlər dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb, icrası məcburi göstərişlər verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
CəmiyyətAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.
CəmiyyətAlıcılar risk altında: Paytaxtda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.
CəmiyyətHüseyn Əsgərli yeni vəzifəyə təyin olundu
"Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-də yeni təyinat olub.