
Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı "Dentera Dental Clinic"də üç dəfə həkim dəyişib və aparılan yanlış müalicə ciddi problemlərə səbəb olub.
Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə edilib. Lakin qısa müddət sonra həmin həkimin klinikadan ayrıldığı bildirilib.
Daha sonra pasiyent klinikanın başqa filialına yönləndirilib.
Şikayətçi qeyd edib ki, burada müalicəni davam etdirən digər həkim də bir müddət sonra klinikadan ayrılıb.
Məsələ ilə bağlı "Dentera Dental Clinic"ə müraciət olunub. Klinikanın baş həkimi Şahin Bayramov bildirib ki, adıçəkilən stomatoloqlar artıq həmin klinikada çalışmırlar.
Klinikadan həmçinin qeyd olunub ki, pasiyentin ödədiyi vəsait ona geri qaytarılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
CəmiyyətAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.
CəmiyyətAlıcılar risk altında: Paytaxtda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.
CəmiyyətHüseyn Əsgərli yeni vəzifəyə təyin olundu
"Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-də yeni təyinat olub.