
"Artemis II" missiyasının heyəti Yerə qayıtdı
ABŞ-nin "Orion" kosmik gəmisində fəaliyyət göstərən "Artemis II" missiyasının komandası Yer kürəsinə dönüb.
ABŞ-nin "Orion" kosmik gəmisində fəaliyyət göstərən "Artemis II" missiyasının komandası Yer kürəsinə dönüb.
Gundem.today xəbər verir ki, kosmonavtların eniş prosesi ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəsmi "YouTube" hesabı vasitəsilə canlı nümayiş etdirilib.
Bakı vaxtı ilə saat 04:07-də heyət paraşütlərin köməyi ilə San-Dieqo sahilləri yaxınlığında Sakit okean sularına müvəffəqiyyətlə eniş edib.
Xəbərdə bildirilib ki, aparatın mühərriki dayandırılmazdan və "USS John P. Murtha" hərbi gəmisindəki xilasetmə qrupuna təhvil verilməzdən əvvəl, mütəxəssislər tərəfindən bir sıra əlavə testlər icra olunub.
Qeyd edək ki, "Orion" gəmisinin komandasında NASA-nı təmsil edən astronavtlar Rid Uayzman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin əməkdaşı Ceremi Hansen yer alırdılar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir
Günəşdəki koronal dəlikdən qaynaqlanan və Yerə doğru hərəkət edən sürətli günəş küləyi axını səbəbindən yaxın 24 saat ərzində geomaqnit fırtınaları başlayacağı proqnozlaşdırılır.
DünyaTürkiyədə CHP-nin bələdiyyə sədri və həyat yoldaşı saxlanıldılar
Türkiyənin Uşak bölgəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) Eşme bələdiyyəsinin sədri Yılmaz Tozan və həyat yoldaşı Burcu Tozan saxlanılıblar.
DünyaDonald Tramp: "ABŞ ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım etməyəcək"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım göstərməyəcəyini bəyan edib.
DünyaAntalya Diplomatiya Forumu öz işinə başladı
Beşinci Antalya Diplomatiya Forumu işinə başlayıb.