
Donald Tramp: "ABŞ ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım etməyəcək"
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım göstərməyəcəyini bəyan edib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun ehtiyac yaranacağı təqdirdə İtaliyaya yardım göstərməyəcəyini bəyan edib.
Gundem.today xəbər verir ki, Ağ Ev lideri bu barədə "Truth Social" platformasında açıqlama yayıb.
"İtaliyanın dəstəyini görmədik, buna görə biz də ona yardım etməyəcəyik", - deyə o, paylaşımında qeyd edib.
Bununla o, "The Guardian" qəzetinin Romanın Vaşinqtonun Siciliyadakı Siqonella hərbi bazasına daxil olmasını qadağan etdiyi barədə yaydığı xəbərə münasibət bildirib.
Qeyd olunub ki, ABŞ bombardmançıları Yaxın Şərqə istiqamət almazdan əvvəl həmin hərbi bazada eniş etməyi planlaşdırıb. Lakin Birləşmiş Ştatlar eniş üçün icazəni yalnız təyyarələr Siciliyaya uçarkən tələb etdiyi üçün imtina verilib. Mənbə onu da vurğulayıb ki, bu müddət silahlı təyyarələr üçün zəruri olan İtaliya parlamentinin razılığını əldə etmək üçün yetərli deyil.
Məlumata görə, hələ 1950-ci illərin sonlarında ABŞ və İtaliya arasında bağlanmış müqavilələrə əsasən, fövqəladə vəziyyətlər xaricində, hərbi bazalar hərbi münaqişələrdə istifadə olunan silahların daşınması üçün tranzit mərkəzi kimi deyil, yalnız logistika və təlim məqsədilə tətbiq oluna bilər.
Xatırladaq ki, Tramp NATO-nu "kağız pələng" adlandıraraq, alyansı düşmənlərə qorxu sala biləcək qüvvə hesab etmədiyini diqqətə çatdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAralıq dənizində zəlzələ baş verib
Aralıq dənizində 4.7 maqnitudalı zəlzələ baş verib.
DünyaPekində humanoid robot insan rekordunu qırdı - VİDEO
Təxminən 12 min nəfər, həmçinin təqribən 300 insanabənzər robot Pekin beynəlxalq yarımmarafonunda iştirak edib.
DünyaRusiya dəstəkləyir, Aİ narahatdır - Bolqarıstanda gərgin seçki yarışı
Macarıstanda keçirilən parlament seçkisində Viktor Orbanın məğlubiyyətindən sonra indi də diqqətlər Bolqarıstana yönəlib. Aprelin 19-da ölkə son beş il ərzində səkkizinci seçkiyə gedir. Seçkidə keçmiş prezident Rumen Radevin hökumətə rəhbərlik edib-etməyəcəyi məsələsi həll olunacaq. Keçmiş prezident bu ilin yanvarında vəzifəsini vaxtından əvvəl tərk edib və "Proqressiv Bolqarıstan" partiyası ilə seçkiyə qoşulmaq qərarı verib. Bolqarıstan parlament respublikasıdır və Radevin 2017-ci ildən tutduğu
DünyaYaponiya Şimali Koreyaya etirazını bildirdi
Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.