Son dəqiqə
Tarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirŞirvanda narkotik satan 5 nəfər TUTULDU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Autizmli uşaq danışmırsa nə etmək lazımdır? - FOTO
Autizmli uşaq danışmırsa nə etmək lazımdır? - FOTO
Cəmiyyət

Autizmli uşaq danışmırsa nə etmək lazımdır? - FOTO

15 aprel 2026
17:40
0 baxış
Paylaş:

"Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beyinin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbindən nitq inkişafdan qala bilir".

"Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beyinin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbindən nitq inkişafdan qala bilir".

Gundem.today xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun Respublika Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova açıqlayıb.

Mütəxəssis qeyd edib ki, çox vaxt uşaq danışmırsa, ilk növbədə loqopedlər yada düşür, amma unudulmamalıdır ki, nitq, adətən, anlamaqdan aktiv istifadəyə doğru irəliləyir:

"Əgər yuxarıda sadaladıqlarımızdan biri müşahidə olunarsa, nitq anlayışını, nitqin anlamasını inkişaf etdirmək mümkün olmur. Uşaqların səsli nitqə marağını oyatmaq və böyüklərin nitqini dinləmək bacarığını inkişaf etdirmək üçün təqlid bacarığı olmalıdır.

Autizm sindromlu uşaqlarda nitq mənimsənilməsi çətin olan sosial alətə çevrilir.

Ona görə də, bir çox uşaqlar qeyri-verbal ünsiyyətdən (jestlər, kartlar) istifadə etməklə istəklərini bildirirlər. Çox əfsuslar olsun ki, aşağı potensiallı autizm sindromlu uşaqlarda verbal ünsiyyətin inkişafı müşahidə olunmaya da bilər. Amma yüksəkpotensiallı autizm uşaqlarda zamanında düzgün tibbi və psixopedaqoji müdaxilələr olunarsa, nitqin dinamikası müşahidə olunur. Məsələn, Asperger sindromlu uşaqlar əla mexaniki yaddaşa sahibdirlər, həvəslə, ədəbi dildə danışa bilirlər, lakin söhbəti axıcı, maraqlı, davamlı etdirməkdə çətinlik çəkirlər. Autizm sindromlu uşaqlarla peşəkar psixopedaqoji komanda çalışmalı, ailələri isə hər zaman sevgi və dəstəklərini əsirgəməməlidirlər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Səhiyyə_Nazirliyi#Autizm

Oxşar Xəbərlər

Nazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏTCəmiyyət

Nazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün

Bu gün
11:500
General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDICəmiyyət

General Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

Bu gün
11:080
Hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏTCəmiyyət

Hava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.

Bu gün
10:460
"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEOCəmiyyət

"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO

Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.

Bu gün
09:440