
Avropa Parlamentinin qərəzli qətnaməsi, sülh prosesinə maneə yaratmaq məqsədi - FOTO
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
"Avropa Parlamenti adlanan, demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən, bir qrup məsuliyyətini anlamayanlardan ibarət "parlamentari"nin mövcud olduğu bir "qurum"un ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə hər birimizdə ikrah doğurur. Bu əsassız, ittiham və qərəzlə dolu qətnamə sadəcə əhəmiyyətsiz bir kağız parçasıdır".
Bu sözləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, "sənəd"də Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır:
"Bu cür yanaşmalar regionda baş verən proseslərin mahiyyətini təhrif etməklə yanaşı, Azərbaycanın suveren hüquqlarına və daxili işlərinə müdaxilə cəhdidir. 2023-cü ildə Azərbaycan dövləti Konstitusiyamıza uyğun olaraq Qarabağda yaşayan erməniəsilli sakinlərin reinteqrasiyası ilə bağlı plan irəli sürmüşdü. Ancaq buna baxmayaraq, erməni sakinlər regionu könüllü əsasda tərk etmişdilər. Bu faktı inkar və ya fərqli şəkildə təqdim etmək isə nankorluqdur. Sual olunur ki, niyə Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına, yüzlərlə şəhər və kəndlərimizin, tarixi, dini və mədəni abidələrimizin dağıdılmasına, etnik təmizləməyə, bir milyondan çox qaçqın və məcburi köçkünün insan hüquqlarına davamlı şəkildə etinasız yanaşmışdı? Hesab edirəm ki, bu sual onların kimliyini ortaya qoyur. Demokratik dəyərlərin iflasa uğradığı, korrupsiya və rüşvətxorluğun dərin kök saldığı, lobbi qruplarına və müxtəlif maraq dairələrinə xidmət edən Avropa Parlamentinin Azərbaycana qarşı iddialar səsləndirməyə, "qətnamələr" qəbul etməyə hüquqi və mənəvi haqqı yoxdur".
"Kağız parçasında "müharibə əsirləri" kimi təqdim edilən erməniəsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışlar hüquqi baxımdan qəbuledilməzdir. Barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslərdirlər. Eyni zamanda, Azərbaycan tərəfi humanistlik nümayiş etdirərək bəzi şəxsləri sülh mühitinin möhkəmləndirilməsi məqsədilə Ermənistana təhvil verilib. Bu, ölkəmizin sülh gündəliyinə sadiqliyinin və regionda etimadın bərpasına yönəlmiş siyasətinin göstəricisidir. Bir sözlə, Avropa Parlamentinin qərəzli qətnaməsi sülh gündəliyi prosesinə maneə yaratmaq məqsədi güdür. Biz bu kağız parçalarını ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir və qətiyyətlə rədd edirik", - deputat vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDmitri Pineviç: "Ağdamda aqroşəhərciyin tikintisinin növbəti mərhələsi başlayıb"
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Ağdamda aqroşəhərciyin tikintisinin davam etdiyini və layihənin həyata keçirilməsində növbəti mərhələnin başladığını qeyd edib.
Dünyaİran Pakistan vasitəsilə ABŞ-yə yeni atəşkəs təklifləri göndərdi
İran Vaşinqtonla danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana uzunmüddətli atəşkəsin müzakirəsi üçün yeni təkliflərini təqdim edib.
Dünyaİtaliyada meşə yanğınları: Minlərlə insan təxliyə edildi - VİDEO
İtaliyanın Toskana bölgəsində, Piza ilə Lukka şəhərləri arasında tüğyan edən meşə yanğınları səbəbindən 3 500-dən çox insan təxliyə olunub.
DünyaNiderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi
Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.