
Niderland meşə yanğınları ilə bacarmır - İlk dəfə Avropa ölkələrindən yardım istədi
Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.
Niderlandda bir neçə hərbi poliqonda baş verən meşə yağınlarının qarşısını almaq məqsədilə Avropa ölkələrinə müraciət edərək yardım istəyib.
Gundem.today xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bildirilib ki, dəstək üçün Almaniya, Belçika və Fransadan yanğınsöndürmə briqadaları artıq Niderlanda yola düşüb. Bu, ölkənin meşə yanğınları ilə mübarizə aparmaq üçün rəsmi şəkildə beynəlxalq kömək tələb etdiyi ilk hadisədir. Ölkənin cənub-şərqində yerləşən Eyndhoven bölgəsində, əsasən, Fransa və Almaniyaya məxsus 30-a yaxın yanğınsöndürən avtomobil cəlb olunacaq. Bununla yanaşı, Almaniya əraziyə 67 nəfərlik yanğınsöndürmə mütəxəssisi yola salıb. Qeyd olunub ki, isti hava və quraqlıq vəziyyəti isə söndürmə işlərini daha da çətinləşdirib. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə kəskin quraqlıq şəraitində partlayıcı maddələrdən istifadə edilməklə keçirilən hərbi təlimlər səbəb ola bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiya hərbçiləri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüblər
Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.
DünyaRusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar var
Rusiyanın Komi Respublikasının Usinsk şəhərində növbəli işçiləri daşıyan sərnişin helikopteri sərt eniş edərək qəzaya uğrayıb, nəticədə səkkiz nəfər yaralanıb.
DünyaTürkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.
DünyaMüharibə məşhur brendlərin bazarına təsir etdi: "Dove", "Rexona", "Domestos"un qiyməti artır
Yaxın Şərqdəki münaqişə fonunda "Dove", "Axe", "Rexona", "Domestos" və "Cif" kimi məşhur brendlər məhsullarının qiymətlərini artırırlar.