
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Avropa İttifaqında (Aİ) 2025-ci ildə miqrantların sayı 64.2 milyon nəfərə çataraq rekord həddə yüksəlib.
Avropa İttifaqında (Aİ) 2025-ci ildə miqrantların sayı 64.2 milyon nəfərə çataraq rekord həddə yüksəlib.
Gundem.today RBK-ya istinadən xəbər verir ki, bu barədə "RFBerlin" təşkilatının hesabatında qeyd olunub.
Məlumata əsasən, son bir ildə miqrantların sayı 2.1 milyon nəfər artıb. Ümumilikdə son 15 ildə bu göstərici 60%-dən çox artaraq Aİ əhalisinin 14.2%-ni təşkil edib.
Ən çox miqrant Almaniyada yaşayır - təxminən 18 milyon nəfər. İspaniya isə ən sürətli artımı göstərərək 9.5 milyon miqrantla ümumi artımın təxminən üçdə birini təmin edib. Sonrakı yerlərdə Fransa (8.5 milyon), İtaliya (6.4 milyon) və Niderland (2.9 milyon) qərarlaşıb.
Əhalisi az olan ölkələrdə miqrantların ümumi əhaliyə olan nisbəti daha yüksəkdir. Bu siyahıya 51.6% ilə Lüksemburq başçılıq edir. Kipr və Maltada bu göstərici təxminən üçdə bir, İsveç, Belçika və Avstriyada isə 18-21% aralığındadır.
Hesabatda qeyd olunur ki, miqrasiya axınları əsasən demoqrafik təzyiq, geosiyasi böhranlar və əmək bazarındakı balanssızlıqla əlaqədardır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSəudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
"Səudiyyə Ərəbistanı ilə Türkiyəni İordaniya və Suriya üzərindən birləşdirəcək dəmir yolu xətti üzrə birgə texniki-iqtisadi əsaslandırma işlərinin 2026-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır".
DünyaRusiyada Pavel Durova çağırış vərəqəsi gəlib
"Telegram" mesencerinin təsisçisi Pavel Durova "Şübhəli bilinən Durov P.V." qeydi olan çağırış vərəqəsi daxil olub. Sənəd Durovun 20 il əvvəl Rusiyada qeydiyyatda olduğu ünvana göndərilib.
DünyaVaşinqton metrosunda qəza: 11 nəfər xəsarət alıb
ABŞ-nin paytaxtı Vaşinqtonda metroda baş verən qəza nəticəsində 11 nəfər xəsarət alıb.
DünyaƏrdoğan: "İran-ABŞ qarşıdurmasının nəticələri daha ağır ola bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.