
Ərdoğan: "İran-ABŞ qarşıdurmasının nəticələri daha ağır ola bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə telefon danışığı aparıb.
Gundem.today xəbər verir ki, görüş zamanı Türkiyə-Almaniya münasibətləri, həmçinin regional və qlobal gündəmdəki məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, İranla ABŞ arasında baş verən qarşıdurma artıq Avropaya da mənfi təsir göstərməyə başlayıb və bu prosesə sülh yolu ilə müdaxilə olunmasa, nəticələri daha ağır ola bilər.
O, həmçinin qeyd edib ki, Türkiyə həm İran məsələsində, həm də Rusiya-Ukrayna müharibəsində diplomatik danışıqlar yolu ilə münaqişələrin sona çatdırılması və davamlı sülhün təmin olunması üçün səylər göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
ABŞ Yaxın Şərq bölgəsindəki aviasiya qruplaşmasını gücləndirmək üçün əlavə olaraq Dəniz Piyadaları Korpusuna məxsus 12 ədəd "F/A-18C/D" qırıcısından ibarət eskadrilya göndərib.
DünyaDonald Tuskun hökumətinə qarşı ağır ittiham
Polşanın Milli Təhlükəsizlik Bürosunun (PMTB) rəhbəri Slavomir Çetskeviç məxfi məlumatlara çıxış icazəsi ala bilmədiyi üçün vəzifəsini tərk edib.
Dünyaİsrailin müdafiə naziri: "İrana zərbə endirmək üçün ABŞ-nin qərarını gözləyirik"
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkəsi İrana qarşı müharibəni davam etdirməyə hazırdır və bunun üçün yalnız Vaşinqtonun qərarını gözləyir.
DünyaTanınmış rusiyalı teleaparıcı vəfat etdi
Rusiyalı aparıcı, "Birinci kanal" ("Pervıy kanal") da yayımlanan populyar "İnsan və qanun" verilişinin müəllifi Aleksey Pimanov vəfat edib. Onun 64 yaşı var idi.