
Avropanı gözləyən təhlükə: "Yanacağın bahalaşması aviaşirkətləri iflasa sürükləyəcək"
"Yay boyu yanacaq qiymətləri yüksək qalsa, bəzi Avropa aviaşirkətləri payıza qədər iflasa uğraya bilər".
"Yay boyu yanacaq qiymətləri yüksək qalsa, bəzi Avropa aviaşirkətləri payıza qədər iflasa uğraya bilər".
Gundem.today "The Independent" nəşrinə istinadən xəbər verir ki, bunu İrlandiyanın "Ryanair" aviaşirkətinin baş direktoru Maykl O'Liri bildirib.
"Əgər neftin qiyməti iyul, avqust və sentyabr aylarında 150 dollara çatarsa, Avropa aviaşirkətləri iflas edəcək", - şirkət rəhbəri bildirib.
Xəbərdə bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hücuma başlaması və Hörmüz boğazının bağlamasından sonra yanacaq qiymətləri kəskin şəkildə artıb. Bu, onilliklər ərzində ən ciddi yanacaq böhranına səbəb olub.
Münaqişənin başlanğıcından bəri yanacaq qiymətləri təxminən 84% artıb. "Brent" markalı neftin bir bareli hazırda təxminən 110 dollardır, Yaxın Şərq münaqişəsindən əvvəl isə qiymət 70 dollar ətrafında idi.
"United Airlines" və "Lufthansa" kimi aviaşirkətlər artıq qiymət artımlarının və uçuşların ləğvinin mümkünlüyünü açıqlayıblar.
"Ryanair" rəhbəri mövcud problemlərin həlli kimi Hörmüz boğazının mümkün qədər tez açılmasını dilə gətirib. O, rəhbəri olduğu şirkətin istənilən halda qiymətləri qaldırmayacağını da vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNyu-Yorkun milyarderləri mer Mamdaniyə qarşı çıxıblar
Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.
DünyaTramp Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumları artırdı
Gələn həftədən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan minik və yük avtomobilləri üçün ABŞ gömrük rüsumlarının dərəcəsi 25% təşkil edəcək.
DünyaABŞ-də milli borcun həcmi ölkə iqtisadiyyatını geridə qoyub
ABŞ-nin dövlət borcu İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkənin iqtisadi həcmindən daha yüksək səviyyəyə çatıb.
Dünyaİranın zərbələri nəticəsində ABŞ-nin zədələnən hərbi obyektlərinin sayı açıqlandı
İranın zərbələri ABŞ-nin Yaxın Şərqdəki azı 16 hərbi obyektinə ziyan vurub.