
Avropanın ən böyük aviaşirkəti yanacaq çatışmazlığı səbəbindən onminlərlə uçuşu ləğv edib
Avropanın ən böyük aviadaşıyıcısı olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı ucbatından 20 minə qədər uçuşu ləğv edəcək.
Avropanın ən böyük aviadaşıyıcısı olan Almaniyanın "Lufthansa" şirkəti yanacaq çatışmazlığı ucbatından 20 minə qədər uçuşu ləğv edəcək.
Gundem.today xəbər verir ki, bu barədə daşıyıcı rəsmi internet səhifəsində açıqlama yayıb.
Məlumata görə, uçuş cədvəlinin dəyişdirilməsi və gəlir gətirməyən qısaməsafəli reyslərin sayının gündəlik 120 ədəd azaldılması barədə qərar qəbul edilib.
Bu addımla aviaşirkət 40 min tondan çox aviasiya kerosininə qənaət etməyi planlaşdırır.
Qeyd edək ki, İranla münaqişə başlayandan bəri kerosinin qiyməti iki dəfə artıb.
Şirkətdə ixtisarların oktyabr ayına qədər davam etməsi nəzərdə tutulub. Hazırda "Lufthansa" yaxın həftələr üçün kifayət qədər yanacaqla təmin olunub və tədarükün "ümumilikdə stabil" olacağına ümid edir. Bununla belə daşıyıcı aviasiya yanacağının fiziki tədarükü və qiymət hecinqi (sığortalama - red.) məsələlərinə xüsusi diqqət ayırmağa başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRafael Qrossi: "BAEA-sız ABŞ və İran arasındakı razılaşma sadəcə illüziya olacaq"
ABŞ və İran arasındakı ehtimal olunan razılaşma, prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) cəlb edilməyəcəyi təqdirdə sadəcə razılaşma illüziyasına çevriləcək.
Dünya"Axios": Ağ Ev İranla bağlı razılaşma üçün Müctəba Xameneinin cavabını gözləyir
ABŞ hakimiyyəti və Pakistan vasitəçiləri İranın ali lideri Müctəba Xameneinin münaqişənin nizamlanması üzrə son təklifə cavabını gözləməkdədirlər.
DünyaDünya neft bazarında SON VƏZİYYƏT: Qiymətlərdə hansı dəyişiklik var?
Qlobal bazarda neft cüzi ucuzlaşıb.
DünyaHörmüz boğazında konteyner gəmisinə hücum edildi - FOTO
Hörmüz boğazı sularında, Oman sahillərindən təxminən 15 dəniz mili aralığında konteyner gəmisinə hücum faktı qeydə alınıb.