
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.
"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.
Gundem.today xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı olan Avropa Yayım Birliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı ildə əsas "Avroviziya" ilə yanaşı, müsabiqənin Asiya versiyası da keçiriləcək. Bu müsabiqənin ilk ev sahibi Tailandın paytaxtı Banqkok olacaq və final noyabrın 14-də keçiriləcək.
Təşkilatçılar bildiriblər ki, bu, "Avroviziya"nın 70 illik yubileyi ilə əlaqədardır. "Avroviziya Asiya-2026" müsabiqəsində Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnam iştirak edəcək. Siyahının genişlənəcəyi gözlənilir.
Qeyd edək ki, 70-ci "Avroviziya-2026" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarımfinallar mayın 12 və 14-də, final isə mayın 16-da ölkənin ən böyük qapalı arenası olan "Wiener Stadthalle"də baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMüğənni Bonni Taylerin vəziyyəti ağırlaşıb
Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.
Şou-biznesDünyaca məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi
Məşhur müğənni Bonni Tayler Portuqaliyada təcili xəstəxanaya yerləşdirildikdən sonra süni komaya salınıb.
Şou-biznesABŞ-nin məşhur repçisi narkotik satışı ittihamı ilə həbs edildi
ABŞ-nin Florida ştatında məşhur repçi "Kodak Black" (əsl adı - Bill Kahan Kapri) polis tərəfindən saxlanılıb.
Şou-biznesAktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edib
Məşhur aktrisa Liza Kudrou "Dostlar" (Friends) serialının pərəstişkarları arasında illərdir davam edən Ross və Reyçel münasibətləri ilə bağlı polemikalara münasibət bildirib.