Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Avtobus dayanacaqlarındakı informativ lövhələrin durumu SUAL YARATDI: Xanalar niyə doldurulmur? - FOTO
Avtobus dayanacaqlarındakı informativ lövhələrin durumu SUAL YARATDI: Xanalar niyə doldurulmur? - FOTO
Cəmiyyət

Avtobus dayanacaqlarındakı informativ lövhələrin durumu SUAL YARATDI: Xanalar niyə doldurulmur? - FOTO

Bu gün
12:32
0 baxış
Paylaş:

Bakı şəhərində bir çox avtobus dayanacaqlarında quraşdırılan məlumat lövhələrində xanaların boş qalması sərnişinlərdə suallar yaradıb.

Bakı şəhərində bir çox avtobus dayanacaqlarında quraşdırılan məlumat lövhələrində xanaların boş qalması sərnişinlərdə suallar yaradıb.

Bununla bağlı Gundem.today-a müraciət daxil olub. Bildirilib ki, sözügedən lövhələrdə əslində bu məntəqədə dayanan avtobus marşrutlarının nömrələri qeyd edilməlidir.

Lakin əksər dayanacaqlarda bu məlumatların yerləşdirilməsi üçün nəzərdə tutulan xanalar doldurulmayıb.

"Bu lövhələr informativ məqsəd daşımalıdır. Amma əksər hallarda tamamilə boşdur. Sərnişinlər dayanacaqlarda hansı avtobusların dayanacağını öyrənə bilmir. Bu xanaların doldurulmamasının səbəbi nədir?" - deyə müraciətdə qeyd olunub.

Gundem.today-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirib.

Nəzərə çatdırılıb ki, avtobus dayanacaq nişanlarına dair yeni standartlar müəyyən edilib:

"Sərnişindaşıma sistemi dinamik şəkildə sərnişinlərin tələbatına uyğunlaşdırılır, daim yenilənir və genişlənir. Mütəmadi olaraq optimallaşdırma işləri aparıldığından yeni quraşdırılan nişanlarda marşrut nömrələrinin qeyd olunduğu lövhə yer almayacaq və standarta uyğun olmayan, köhnə nişanlar da əvəzlənəcək. Hər bir dayanacaq üzrə aktual marşrut xətləri haqda daha dolğun və dəqiq məlumatı əldə etmək, avtobusların gəlişini izləmək üçün isə "AYNA MaaS" tətbiqi mövcuddur. Bu tətbiqdə istənilən dəyişikliklər real vaxt rejimində öz əksini tapır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#avtobus_dayanacağı#avtobus_zolağı#dayanacaqlardaki_informativ_lövhələr#informativ_lövhələr#lövhələrdə_xanalar_niyə_doldurulmur#dayanacaqlarındakı_informativ_lövhələrin_durumu#lövhələrin_durumu_SUAL_YARATDI

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240