Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edildi
Bakıda Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan BMW markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və törətdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Kamilli sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəKürdəmirdə QƏZA: "Mercedes" dəmiryol keçidinə çırpıldı
Kürdəmir rayonunda yol-nəqlıiyyat hadisəsi baş verib.
HadisəBakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş
Aprelin 25-i saat 11 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub.
HadisəBakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT
Bakıda qətl hadisəsi törədilib.
HadisəAğcabədidə işə gedən 57 yaşlı kişini maşın vurub öldürdü
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.