
"Haber Global": "Bakı BMT-nin nüfuzlu tədbirinə ev sahibliyi edəcək" - VİDEO
BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumu bu il Bakıda keçiriləcək.
BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumu bu il Bakıda keçiriləcək.
Gundem.today xəbər verir ki, bununla bağlı "Haber Global" telekanalı videosüjet hazırlayıb.
Süjetdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) 17-22 may 2026-cı il tarixlərində baş tutacağı bildirilir. Qeyd edilir ki, WUF13-də sürətli urbanizasiyanın yaratdığı çətinliklər barəsində fikir mübadiləsi aparılacaq və bu çərçivədə real və tətbiq edilə biləcək həll yolları axtarılacaq.
Bildirilir ki, məqsəd urbanizasiyanın və şəhərlərin əhəmiyyəti və onların təsirləri barədə güclü ortaq anlayış formalaşdırmaqdır. Çünki hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Bu, sürətli urbanizasiya, mənzil çatışmazlığı, planlaşdırılmamış yaşayış məntəqələrinin artması və infrastruktura təzyiq kimi problemləri də özü ilə gətirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"WUF13 Azerbaijan": Bakı qlobal dialoqa ev sahibliyi etməyi səbirsizliklə gözləyir - VİDEO
Bakı Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) qonaqlarını qarşılamağı səbirsizliklə gözləyir.
CəmiyyətQızıl mədənində çalışan işçilərin MAAŞ PROBLEMİ: Ödənişlər niyə yubadılır? - VİDEO
"Yol Tikinti Servis" MMC-də çalışan bir qrup şəxs aylardır əməkhaqqını ala bilməməkdən şikayət edir.
CəmiyyətKombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq? - VİDEO
Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyət tətbiq ediləcək. Qərara əsasən, fərdi istilik sistemlərinin quraşdırılmasına çoxmənzilli yaşayış binası 5 mərtəbəyə qədər olduqda, binanın yerləşəcəyi əraziyə qaz təchizatı nəzərdə tutulmadıqda və mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulduqda icazə veriləcək.
CəmiyyətToyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.