
Ayxan Abbasov: "10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib"
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ölkə futbolunda gələcək nəsillə bağlı gözləntilərini bölüşüb.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ölkə futbolunda gələcək nəsillə bağlı gözləntilərini bölüşüb.
Gundem.today xəbər verir ki, bu barədə o, "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında danışıb.
Baş məşqçi bildirib ki, gələcək üçün vəziyyət çətinləşir:
"Səhərə qədər bu problemlərdən danışa bilərik. Gəlin realist və səmimi olaq. Bəlkə də problemlərdən danışıram deyə kimlərinsə xoşuna gəlmir. Realist olsaq, gələcək üçün vəziyyət çətinləşir. Bugünkü mərkəz müdafiəçilərimizin yaş göstəricisinə baxsaq, onların orta yaşdan yuxarı olduğunu görərik. U-21 yığmamızın baş məşqçisi ilə danışıram, onun ən çox çətinlik çəkdiyi mövqe stoper mövqeyidir. Bu isə 1-2 ildən sonra əsas milliyə təsir edəcək. Geniş mövzudur, üzücüdür. Nəyimiz çatmadı ki, birdən belə vəziyyətə düşdük? Bu, bir ilin səhvi deyil. U-16 və U-17 yığmalarında da həmin uşaqlar var idi. Hər kəs problemi bilir. İşə başlamalı, azarkeşlərə də bildirməliyik ki, bu problemlər həllini tapana qədər səbirli olsunlar".
"Aşağı yaş qrupları işləyəcək, vəziyyət düzələcək. Bu da klublardan gəlməlidir. Futbolçular klubların akademiyalarında yetişirlər. Bu gün millinin məşqçisi 10-12 günlük toplanışda çox şeyi dəyişə bilmir. Futbolçular milliyə hazır gələndə bu bizi sevindirir. "Neftçi", "Sabah", "Qarabağ", "Zirə" klublarından gələnlər ən yaxşı formadadır. Onlar liqada da yaxşı performans göstərirlər. Bu isə millinin oyunlarına təsir edir. Uşaq futboluna baxışımız dəyişməlidir. Deyirik, amma heç nə dəyişmir. 10 il əvvəl meydança problemi var idi, indi də dəyişməyib. Klubların uşaq futboluna yanaşması dəyişməyib. Nəticə, rəqabət, intriqa... Təəssüf ki, bu da yığma komandalarımıza təsir edir", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Murad Nəsimi
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPoqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb.
İdman"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
İdman"Formula-1"in sabiq pilotu vəfat etdi
"Formula-1"in sabiq pilotu, Paralimpiya Oyunlarının dördqat qalibi olan italiyalı Aleks Dzanardi 59 yaşında dünyasını dəyişib.
İdmanRobert Levandovskinin növbəti klubu İtaliyada ola bilər
Hücumçu Robert Levandovski karyerasını "Yuventus"da davam etdirə bilər.