
Rusiyada KVN ulduzu dəhşətli qəzada həlak olub
Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib.
Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib.
Gundem.today-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
"53 yaşlı Yelena küçəni qadağan olunmuş yerdən keçərkən "Toyota" markalı avtomobilin sürücüsü vaxtında əyləcə basa bilməyib və onu vurub", - deyə kanal yazıb.
Kanalın məlumatına görə, aktrisanın həyat yoldaşı onun ölümünü təsdiqləyib.
Yelena Rıbalko Soçinin "Günəşdən yorulanlar" komandasının "qızıl heyəti"nin ən görkəmli üzvlərindən biri olub. O, qısa boyu, sarı saçı və kəskin yumor hissi ilə izləyicilərin rəğbətini qazanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
Nobel Sülh Mükafatının iranlı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
DünyaVaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
"Sülh danışıqları nəticəsiz qaldığı üçün ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər".
DünyaSərnişin təyyarəsi Şanxay hava limanında trapla toqquşub - VİDEO
"China Eastern Airlines" aviaşirkətinə məxsus "Airbus A350-941" sərnişin layneri Şanxayın "Xunqyao" hava limanında hərəkət edərkən teleskopik trapa çırpılıb.
DünyaFridrix Merts Ermənistana GETMƏYƏCƏK
Almaniya Kansleri Fridrix Merts 50-yə yaxın dövlətin nümayəndələrinin iştirak edəcəyi Avropa Siyasi Birliyinin (ASB) mayın 4-də Ermənistanda təşkil olunacaq sammitinə qatılmayacaq. Nəticə etibarilə, birliyin sayca səkkizinci toplantısı ilk dəfə Almaniya hökumət rəhbərinin iştirakı olmadan baş tutacaq.