
Ayxan Abbasov: "Futbolçularımız əllərindən gələni edəcəklər"
"Futbolçularımız növbəti matçlarda əllərindən gələni edəcəklər".
"Futbolçularımız növbəti matçlarda əllərindən gələni edəcəklər".
Gundem.today xəbər verir ki, bu sözləri "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan - Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millinin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, futbolçuların əhvali-ruhiyyəsi yaxşıdır:
"Futbolçular meydanda əllərindən gələni edəcəklər. Bizim üçün rəqiblər tanış olmasa da, onlar haqqında oyunçulara məlumat vermişik. UEFA Millətlər Liqasının oyunlarından əvvəl bu turnir çox vacibdir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".
"Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda isə yaxşı performans göstərdi. Biz qərar verərkən növbəti toplanışları da nəzərə alırıq. Bütün futbolçulara qapımız açıqdır. Yusif İmanov növbəti təlim-məşq toplanışına dəvət ala bilər", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Murad Nəsimi
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanNoyer PSJ-dən beş qol buraxmasından danışıb
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının 1/2 finalında PSJ ilə ilk oyundan (5:4) sonra fikirlərini bölüşüb.
İdmanUkraynalı futbolçu Mudrik uzun müddətə diskvalifikasiya edildi
İngiltərə Futbol Assosiasiyası "Çelsi"nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudriki antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.
İdmanSuqovuşanda "Prezident Kuboku-2026": Reqatanın ilk mərhələsi başa çatdı
Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışlar başa çatıb.
İdmanMourinyo "Real Madrid"ə keçəcəyi xəbərlərini şərh edib
"Mənim növbəti məqsədim "Benfika"nı UEFA Çempionlar Liqasına çıxarmaqdır".