
Ermənistanda Karapetyanın partiyasının tərəfdarları rüşvətə görə saxlanıldılar
Ermənistanın Antikorrupsiya Mübarizə Komitəsi iş adamı Samvel Karapetyanın Güclü Ermənistan partiyasının beş tərəfdarının seçki rüşvəti vermə maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.
Ermənistanın Antikorrupsiya Mübarizə Komitəsi iş adamı Samvel Karapetyanın Güclü Ermənistan partiyasının beş tərəfdarının seçki rüşvəti vermə maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.
Gundem.today bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Komitənin bəyanatında qeyd olunub ki, "Güclü Ermənistan" partiyası adından hərəkət edən bir qrup şəxsin iyun ayında keçiriləcək parlament seçkisində həmin siyasi qüvvəyə səs vermələri müqabilində bir sıra vətəndaşlara seçki rüşvəti verməsi barədə mötəbər məlumatlar əldə olunub.
Komitə əlavə edib ki, istintaq zamanı "Güclü Ermənistan" adından çıxış edən şəxslərdən birinin "seçki dövründə xeyriyyəçilik qadağası"nı pozduğu və vətəndaşları mitinqlərdə iştiraka təhrik etdiyi də müəyyənləşdirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED) Birləşmiş Ştatların mərkəzi bankı funksiyalarını yerinə yetirən qurum olaraq aprelin 28-29-da keçirilən iki günlük iclasın yekunlarına əsasən faiz dərəcəsini illik 3,5-3,75 faiz səviyyəsində saxlayıb.
DünyaTramp: "Putin bir müddət əvvəl sülh müqaviləsi bağlamağa hazır idi, lakin..."
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin bir müddət əvvəl sülh sazişi bağlamağa hazır olduğunu, lakin bəzi insanların ona mane olduğunu bildirib.
DünyaKİV: İran ABŞ-dən altı vətəndaşını geri aldı
İran hakimiyyəti ABŞ hərbçiləri tərəfindən ələ keçirilmiş konteyner gəmisinin altı heyət üzvünün azad olunmasına nail olub.
Dünyaİsveç vətəndaşlığının alınması tələbləri sərtləşdirildi
İsveç parlamenti ölkə vətəndaşlığının alınması tələblərini sərtləşdirən qanun qəbul edib.