Son dəqiqə
Yaxın Şərqin son 24 saatı: Dəhşətli savaş, yoxsa danışıqlar? - VİDEOBakının mərkəzində kanalizasiya lükünün ətrafında ÇÖKMƏ - VİDEOABŞ və İsrail qüvvələri İranın Cənubi Pars neft və qaz yatağına zərbələr endirdiMontellanın milliyə çağırdığı 19 yaşlı istedad "Fənərbağça"nın hədəfində - FOTOAzər Maqsudov amnistiyaya düşdüNATO-nun gələcəyi təhlükədədir? - ABŞ-dən gələn mesaj Avropanı təşvişə saldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Turizm
  3. AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıblar
AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıblar
Turizm

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıblar

Bu gün
16:03
0 baxış
Paylaş:

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb.

"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb.

Gundem.today xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

2026-cı ilin may ayından etibarən Bakı-Belqrad-Bakı marşrutu üzrə uçuşlar "Air Serbia"nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək. Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın "Air Serbia" tərəfindən icra olunan reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad-Bakı-Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 2026-cı il mayın 3-nə planlaşdırılıb.

Hər iki milli aviadaşıyıcı arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycanla Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

"Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaqlar. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir", - deyə Azərbaycan Hava Yollarının baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.

"Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk", - deyə "Air Serbia" şirkətinin Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.

Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Azərbaycan Hava Yolları haqqında

AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

"Air Serbia" haqqında

"Air Serbia" Serbiyanın milli aviadaşıyıcısıdır və Belqradı Avropa, Aralıq dənizi regionu, Şimali Amerika və Asiya üzrə 100-dən çox istiqamətlə birləşdirir. Nyu-York, Çikaqo, Şanxay və Quanqçjou istiqamətlərinə uzunməsafəli reyslərdən sonra aviaşirkət 2026-cı ildə beşinci uzunməsafəli marşrutunu - Toronto istiqamətini istifadəyə verməyə hazırlaşır. Həmin il ərzində marşrut şəbəkəsinə əlavə olaraq Santorini, Bakı, Alikante, Sevilya, Tenerife və Tromso şəhərləri də daxil ediləcək.

Milli aviadaşıyıcı kimi "Air Serbia" Serbiyanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və turizmin, eləcə də milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verir. Bu xüsusilə 2027-ci ildə Belqrad şəhərində keçiriləcək "Expo 2027 Belgrade" beynəlxalq sərgisi ərəfəsində daha böyük əhəmiyyət kəsb edir, çünki aviaşirkət tədbirin "Platinum" tərəfdaşıdır. Həmin ildə "Air Serbia" yaranmasının 100 illiyini qeyd edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Azərbaycanda_turizm#Azərbaycan_Hava_Yolları_QSC_(AZAL)#Air_Serbia

Oxşar Xəbərlər

Turizm sektorunda real dəyişikliklər olacaq - FOTOTurizm

Turizm sektorunda real dəyişikliklər olacaq - FOTO

Azərbaycanda yaradılması planlaşdırılan Turizm İnkişaf Fondunun sektora təsiri, yeni infrastruktur və investisiya imkanları barədə mütəxəssis rəyləri.

Dünən
14:340
Azərbaycanda dörd hotelin ulduz dərəcəsi ləğv edildiTurizm

Azərbaycanda dörd hotelin ulduz dərəcəsi ləğv edildi

Dövlət Turizm Agentliyinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 4 hotelin ulduz dərəcəsi ləğv olunub. Ölkədəki ulduzlu hotellərin sayı və yeni statistika barədə məlumat.

2 aprel 2026
14:160