
Montellanın milliyə çağırdığı 19 yaşlı istedad "Fənərbağça"nın hədəfində - FOTO
Belçikanın "Genk" klubunda çıxış edən istedadlı yarımmüdafiəçi Kenan Harun Türkiyə Superliqasına düşmək üzrədir.
Belçikanın "Genk" klubunda çıxış edən istedadlı yarımmüdafiəçi Kenan Harun Türkiyə Superliqasına düşmək üzrədir.
Gundem.today "Fanatik" nəşrinə istinadən xəbər ki, "Fənərbağça" türkəsilli belçikalı futbolçunu öz rənglərinə bağlamaqda maraqlıdır.
İstanbul nəhəngi 19 yaşlı perspektivli oyunçunun transferini reallaşdırmaq məqsədilə yay transfer pəncərəsində rəsmi addımlar atmağı planlaşdırır.
Hazırda Belçikanın U-19 yığmasının şərəfini qoruyan Kenanın Türkiyə milli komandasında forma geyinmək ehtimalı kifayət qədər yüksəkdir. Belə ki, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella gənc yarımmüdafiəçi ilə şəxsən əlaqə saxlayaraq, onu ay-ulduzlu formanı geyinməyə dəvət edib.
Xatırladaq ki, futbolun sirlərinə "Anderlext"in məktəbində yiyələnən Kenan Harun, 2018-ci ildən etibarən "Genk"in akademiyasında inkişafını davam etdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçıların adları açıqlandı
Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.
İdmanDerbidə zədələnən Asensionun vəziyyəti məlum oldu
"Fənərbağça"nın ispan ulduzu Marko Asensio "Beşiktaş"la matçda aldığı zədə səbəbindən "Kayserispor"la qarşılaşmada yaşıl meydandan kənarda qalacaq.
İdman"Ayaks", "Barselona" və "Liverpul"un keçmiş ulduzu karyerasını bərpa etdi
Finlandiya futbol tarixinin canlı əfsanəsi, 55 yaşlı Yari Litmanen yenidən yaşıl meydanlara qayıtmaq qərarına gəlib.
İdmanXankəndi yolunda qəzaya düşən PFL rəsmisi əməliyyat olunacaq? - AÇIQLAMA
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat olunması gözlənilmir.