Son dəqiqə
Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət MəmmədovaTarixin səssiz şahidləri - FOTOPaytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldüElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏRABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycan, Çin və İndoneziyanın birgə sərmayə təşəbbüsü: "Galaxy Orientis"in əsası qoyuldu - FOTO
Azərbaycan, Çin və İndoneziyanın birgə sərmayə təşəbbüsü: "Galaxy Orientis"in əsası qoyuldu - FOTO
İqtisadiyyat

Azərbaycan, Çin və İndoneziyanın birgə sərmayə təşəbbüsü: "Galaxy Orientis"in əsası qoyuldu - FOTO

15 aprel 2026
15:39
0 baxış
Paylaş:

Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) birlikdə "Galaxy Orientis" Çin-ASEAN İnvestisiya Platformasını ("CAIP" və ya Proqram) təsis ediblər. Bu platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır.

Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) birlikdə "Galaxy Orientis" Çin-ASEAN İnvestisiya Platformasını ("CAIP" və ya Proqram) təsis ediblər. Bu platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilib.

Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin-ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.

Proqramın baş tərəfdaşı qismində çıxış edən "China Galaxy Securities" şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu - "CGS International Securities Pte. Ltd." region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.

Proqram çərçivəsində vəsaitlər Çin-ASEAN istiqamətində fəaliyyət göstərən nüfuzlu özəl kapital idarəçilərinin fondlarına, eləcə də seçilmiş ASEAN ölkələrində həyata keçirilən investisiya layihələrinə yönəldiləcək.

Bu investisiyalar Çin şirkətlərinin ASEAN bazarlarında fəaliyyətinin genişlənməsi və ya ASEAN şirkətlərinin Çin texnologiyası, təchizat zəncirləri və insan kapitalından faydalanması kimi istiqamətləri əhatə edir.

Çin İnvestisiya Korporasiyasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Jan Çinqson (Zhang Qingsong) bildirib:

"Çin İnvestisiya Korporasiyası tərəfdaşlarımız olan İndoneziya İnvestisiya Qurumu və ARDNF ilə birlikdə "Galaxy Orientis" Çin-ASEAN İnvestisiya Proqramını ASEAN regionunun iqtisadi inkişaf perspektivlərinə olan möhkəm inamımıza, Çin-ASEAN əməkdaşlığının geniş potensialına əsaslanaraq həyata keçirir. Hesab edirik ki, ASEAN bazarına yönəlmiş yüksəkkeyfiyyətli şirkətlərə investisiya yatırmaqla Fond yalnız dayanıqlı maliyyə gəlirləri əldə etməyəcək, eyni zamanda, regionda iqtisadi inkişafın təşviqinə töhfə verəcək. Bu təşəbbüs Çin İnvestisiya Korporasiyasının, həmçinin Çin suveren sərvət fondu kimi üstünlüklərindən istifadə edərək tərəfdaşlarla birgə qlobal investisiya imkanlarını dəyərləndirmək istiqamətində davamlı səylərinin bir hissəsidir".

İndoneziya İnvestisiya Qurumunun müvəqqəti baş icraçı direktoru Eddi Porvanto isə qeyd edib:

"Bu Proqram Çin-Cənub-Şərqi Asiya iqtisadi dəhlizi üzrə xüsusi investisiya platformasının yaradılması istiqamətində mühüm strateji addımdır. Bu, İndoneziya İnvestisiya Qurumunun bu proqram çərçivəsində digər investisiya fondlarına yatırım edən özəl kapital fond strukturuna ilk investisiyasıdır və yüksəkkeyfiyyətli investisiya imkanlarının reallaşdırılmasında strateji tərəfdaş kimi rolumuzu əks etdirir. Platforma vasitəsilə İndoneziya İnvestisiya Qurumu aparıcı qlobal institusional investorlarla əməkdaşlıq edərək uzunmüddətli kapitalın, eləcə də qlobal təcrübə və şəbəkələrin İndoneziyada dayanıqlı inkişafı və iqtisadi dəyərin yaradılmasını dəstəkləyən sahələrə yönəldilməsini hədəfləyir".

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib:

"ARDNF Çin-ASEAN İnvestisiya Proqramı çərçivəsində Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə tərəfdaşlıqdan məmnunluq duyur. Bu platforma suveren fondlar arasında əməkdaşlığın genişləndirilməsi və dünyanın ən dinamik iqtisadi istiqamətlərində yeni imkanlara çıxışın təmin olunması baxımından strategiyamızın mühüm mərhələsidir. Tərəfdaşların təcrübəsi və uzunmüddətli kapital imkanları hesabına Çin ilə Cənub-Şərqi Asiya arasında sürətlə inkişaf edən ticarət əlaqələri və təchizat zəncirlərinin inteqrasiyasının yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlana biləcəyik. Eyni zamanda, bu əməkdaşlıq ARDNF-nin investisiya portfelinin daha da şaxələndirilməsinə töhfə verəcək".

"CGS International" şirkətinin İdarə Heyətinin sədri Vu Penq vurğulayıb: "CGS International" Cənub-Şərqi Asiya regionu üzrə geniş təcrübəsini və formalaşmış tərəfdaş şəbəkəsini bu Proqramın həyata keçirilməsinə səfərbər edəcək. Bu, regionda yüksək artım potensialına malik sahələrdən və artan investor marağından daha səmərəli şəkildə yararlanmağa imkan verəcək. Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və ARDNF-yə bizə göstərilən etimada görə təşəkkür edirik. Biz regionun xüsusiyyətlərini və mövcud imkanları nəzərə alaraq tərəfdaşlarımıza dəstək göstərməyə hazırıq".

Fondun yaradılması ilə bağlı imzalanma mərasimi aprelin 13-də Çinin Pekin şəhərində keçirilib. Mərasimdə tərəfləri müvafiq olaraq Çin İnvestisiya Korporasiyasının icraçı vitse-prezidenti və baş investisiya di

#İqtisadiyyat#ARDNF#Dövlət_Neft_Fondu#Çin_İnvestisiya_Korporasiyası#İndoneziya_İnvestisiya_Qurumu#Galaxy_Orientis_platforması#Çin-ASEAN_əməkdaşlığı#suveren_fond#investisiya_layihəsi#maliyyə#Cənub-Şərqi_Asiya#CGS_International#kapital#sərmayə.

Oxşar Xəbərlər

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?İqtisadiyyat

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?

2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.

Bu gün
12:020
Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Bu gün
09:080
Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcəkİqtisadiyyat

Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək

Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Bu gün
00:480
DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcəkİqtisadiyyat

DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcək

Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi işləri həyata keçirəcək.

Bu gün
17:180