Son dəqiqə
Odlar ölkəsinin fəxri: Rafael Ağayev - VİDEOABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədirIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUVahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"KİV: Fars körfəzində iki min gəmi ilişib qalıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər - FOTO - VİDEO
Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər - FOTO - VİDEO
Ordu

Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər - FOTO - VİDEO

15 aprel 2026
16:00
0 baxış
Paylaş:

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimdə "Su-25" və "F-16" təyyarələri, eləcə də "T-70" helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra olunub.

Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiş tapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinə nail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.

Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Ordu#anadolu_ankası_2026#anatolian_phoenix_2026#axtarış-xilasetmə_təlimi#konya_hərbi_təlim#azərbaycan_hərbi_hava_qüvvələri#müdafiə_nazirliyi#su-25_təyyarəsi#f-16_qırıcısı#hhq_pilotları#türkiyə_azərbaycan_hərbi_əməkdaşlıq

Oxşar Xəbərlər

"Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb - FOTO - VİDEOOrdu

"Anadolu Ankası - 2026" beynəlxalq təlimi uğurla başa çatıb - FOTO - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Bu gün
16:500
Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏOrdu

Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edilir.

Bu gün
13:040
Azad olunmuş ərazilərdə yeni hərbi obyektlər yaradılır - FOTOOrdu

Azad olunmuş ərazilərdə yeni hərbi obyektlər yaradılır - FOTO

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrastruktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir".

Bu gün
12:260
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən əsgərlərlə görüşübOrdu

Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən əsgərlərlə görüşüb

Müdafiə Nazirliyinin rəhbər heyəti azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb, onların qayğıları və təminat məsələləri ilə maraqlanıb, eləcə də hərbi hissədə yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

Bu gün
00:480