
Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi meydan məlum olub
Bizon Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Bizon Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Peşəkar Futbol Liqasından (PFL) Gundem.today-a verilən məlumata görə, mərasimdə PFL-in, "Zirə" və "Sabah" klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, "Zirə" mətbuat katibi Elmar Abdullazadə, "Sabah" isə klubun əməkdaşı İlahə Vəlizadə ilə təmsil olunub. Püşkatmaya əsasən, "Sabah" nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda adıçəkilən qurumun Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanPFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gün ayağından əməliyyat olunub.
İdmanAzərbaycanda bir ilk: AFFA məşhur Yohan Kroyf İnstitutu ilə tərəfdaşlığa imza atdı
AFFA ilə Yohan Kroyf İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
İdman"Roma"da şok ayrılıq: Klaudio Ranyeri Qasperiniyə görə vəzifəsini tərk edir
İtaliyanın "Roma" klubunda mühüm kadr dəyişikliyi gözlənilir.
İdmanTürkiyə Qran-prisi "Formula-1"ə qayıdır
Dünyanın ən nüfuzlu avtoidman yarışlarından olan "Formula-1" üzrə dünya çempionatının təqviminə Türkiyə Qran-prisi yenidən daxil edilir.