Azərbaycan-Latviya sənədləri mübadilə edilib - FOTO
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul etdilər.
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və Latviyanın daxili işlər üzrə dövlət naziri Dimitrijs Trofimovs mübadilə etdilər.
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi"ni Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Latviyanın xarici işlər naziri Baiba Braze mübadilə etdilər.
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.
"Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı"nı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Guntis Pujats mübadilə etdilər.
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Gundem.today bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİran ABŞ-yə meydan oxudu: Blokada qalarsa, heç bir razılaşma olmayacaq? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ və İran arasında baş verən son proseslərdən danışılıb.
SiyasətErmənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu"
"İşğal dövründə Azərbaycanın azad edilmiş ərazilərində yüzlərlə tarixi-dini abidə dağıdılıb, məzarlıqlar təhqir edilib, mədəni irs nümunələri talan olunaraq mənimsənilib. Eləcə də müxtəlif yerli və beynəlxalq hesabatlar göstərir ki, həmin müddətdə Azərbaycan ərazilərində 60-dan çox məscid dağıdılıb, yüzlərlə tarixi abidə məhv edilib və ya ciddi ziyan görüb. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məzarlıq sistemli şəkildə məhv olunub, qəbirlər qazılıb, başdaşıları sınd
SiyasətErmənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu" - FOTO
"İşğal dövründə Azərbaycanın azad edilmiş ərazilərində yüzlərlə tarixi-dini abidə dağıdılıb, məzarlıqlar təhqir edilib, mədəni irs nümunələri talan olunaraq mənimsənilib. Eləcə də müxtəlif yerli və beynəlxalq hesabatlar göstərir ki, həmin müddətdə Azərbaycan ərazilərində 60-dan çox məscid dağıdılıb, yüzlərlə tarixi abidə məhv edilib və ya ciddi ziyan görüb. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məzarlıq sistemli şəkildə məhv olunub, qəbirlər qazılıb, başdaşıları sınd
SiyasətBakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTO
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib.