Son dəqiqə
ABŞ Dövlət Departamentindən transgenderlər üçün sərt qaydalarLivanın cənubunda gərginlik: İsrail və "Hizbullah" arasında atəşkəs pozuldu, ölənlər varMəktəblərdəki ağlasığmaz hadisələrin arxasında nə dayanır? - VİDEOYaxın günlərdə ABŞ-İran danışıqları bərpa edilə bilər"Çelsi"nin hücumçusu "Bavariya"dan geri qayıdır - FOTOBMT Hindistana çağırış etdi: "Siqhəsilli bloqer dərhal azad edilməlidir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Ermənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu" - FOTO
Ermənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu" - FOTO
Siyasət

Ermənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu" - FOTO

Bu gün
17:04
0 baxış
Paylaş:

"İşğal dövründə Azərbaycanın azad edilmiş ərazilərində yüzlərlə tarixi-dini abidə dağıdılıb, məzarlıqlar təhqir edilib, mədəni irs nümunələri talan olunaraq mənimsənilib. Eləcə də müxtəlif yerli və beynəlxalq hesabatlar göstərir ki, həmin müddətdə Azərbaycan ərazilərində 60-dan çox məscid dağıdılıb, yüzlərlə tarixi abidə məhv edilib və ya ciddi ziyan görüb. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məzarlıq sistemli şəkildə məhv olunub, qəbirlər qazılıb, başdaşıları sınd

"İşğal dövründə Azərbaycanın azad edilmiş ərazilərində yüzlərlə tarixi-dini abidə dağıdılıb, məzarlıqlar təhqir edilib, mədəni irs nümunələri talan olunaraq mənimsənilib. Eləcə də müxtəlif yerli və beynəlxalq hesabatlar göstərir ki, həmin müddətdə Azərbaycan ərazilərində 60-dan çox məscid dağıdılıb, yüzlərlə tarixi abidə məhv edilib və ya ciddi ziyan görüb. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məzarlıq sistemli şəkildə məhv olunub, qəbirlər qazılıb, başdaşıları sındırılıb və oğurlanıb. Bir sıra məscidlərin isə təhqiredici şəkildə heyvan saxlanılan məkan kimi istifadə olunduğu müəyyən edilib ki, bu da dini dəyərlərə qarşı ən ağır hörmətsizlik nümunələrindən biri hesab olunur".

Bu fikirləri Gundem.today-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O, qeyd edib ki, işğal olunmuş ərazilərdə yerləşən alban məbədlərinin mənimsənilməsi, onların erməniləşdirilərək təqdim olunması və orijinal izlərinin silinməsi faktları da qeydə alınıb:

"Ağoğlan, Amaras, Xudavəng və digər tarixi məbədlərin mənşəyinin dəyişdirilməsi cəhdləri bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Ermənistan ərazisində isə Azərbaycan xalqına məxsus onlarla tarixi-dini abidənin, o cümlədən İrəvanda yerləşən məscidlərin böyük hissəsinin ya tamamilə məhv edildiyi, ya da mənşəyinin saxtalaşdırıldığı bildirilir".

Deputat vurğulayıb ki, Ermənistan uzun illər ərzində Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi və maddi-mədəni irsi məqsədyönlü şəkildə dağıdıb:

"Onlar ölkəmizin ərazilərində xalqımızın əsrlər boyu yaratdığı tarixi, mədəni abidələri barbarcasına məhv ediblər. Bu cür vandalizm nümunəsi bəlkə də tarixdə nadir hallarda müşahidə olunub. Törədilən bu əməllər yalnız maddi-mədəni irsimizə deyil, eyni zamanda ölkəmizin təbiətinə - çaylarına, bulaqlarına, meşələrinə qarşı yönəlib".

H.Babaoğlu qeyd edib ki, bu proses təkcə fiziki dağıntı ilə məhdudlaşmır, həm də sistemli şəkildə mədəni yaddaşın silinməsinə yönəlib:

"İşğal dövründə yüzlərlə tarixi və dini abidənin talan edilməsi və mənimsənilməsi göstərir ki, bu, planlı dövlət siyasəti olub. Məqsəd Azərbaycan xalqının həmin ərazilərlə bağlı tarixi izlərini silmək, mədəni yaddaşını məhv etmək və gələcəkdə ərazi iddialarını saxta tarixi əsaslarla buna don geyindirməkdir".

Onun sözlərinə görə, dini abidələrə qarşı törədilən vandalizm beynəlxalq hüququn açıq pozuntusudur:

"Məscidlərin təhqir olunması, onların heyvan saxlanılan məkanlara çevrilməsi təkcə vandalizm deyil, bu, dini dəyərlərə qarşı açıq hörmətsizlik və nifrət aktıdır. Bu cür əməllər 1954-cü il Haaqa Konvensiyasının və mədəni irsin qorunmasına dair digər beynəlxalq sənədlərin kobud şəkildə pozulması deməkdir".

H.Babaoğlu vurğulayıb ki, alban irsinin mənimsənilməsi və saxtalaşdırılması da bu siyasətin tərkib hissəsidir:

"Qafqaz Albaniyasına məxsus məbədlərin erməniləşdirilməsi, onların tarixi kimliyinin dəyişdirilməsi faktları göstərir ki, burada məqsəd yalnız dağıtmaq deyil, həm də tarix yazmaqdır. Bu isə mədəni irsin saxtalaşdırılması və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlmiş cəhddir".

Deputat hesab edir ki, bu məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir:

"Baş verənlər mədəni vandalizm olmaqla yanaşı, eyni zamanda mədəni soyqırımı elementləri daşıyır. Azərbaycan bu məsələləri beynəlxalq məhkəmələrdə qaldıra, vurulmuş ziyana görə kompensasiya tələb edə bilər. Bu, həm beynəlxalq hüquq normaları baxımından əsaslıdır, həm də Azərbaycanın mövcud siyasi və hüquqi imkanları fonunda real görünür".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycanın_tarixi_abidələri#Erməni_vandalizmi#Hikmət_Babaoğlu

Oxşar Xəbərlər

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEOSiyasət

İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

Bu gün
17:410
İran ABŞ-yə meydan oxudu: Blokada qalarsa, heç bir razılaşma olmayacaq? - VİDEOSiyasət

İran ABŞ-yə meydan oxudu: Blokada qalarsa, heç bir razılaşma olmayacaq? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ və İran arasında baş verən son proseslərdən danışılıb.

Bu gün
17:200
Ermənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu"Siyasət

Ermənistanın işğal mirası: "Yüzlərlə abidə, 60-dan çox məscid dağıdıldı, irs talan olundu"

"İşğal dövründə Azərbaycanın azad edilmiş ərazilərində yüzlərlə tarixi-dini abidə dağıdılıb, məzarlıqlar təhqir edilib, mədəni irs nümunələri talan olunaraq mənimsənilib. Eləcə də müxtəlif yerli və beynəlxalq hesabatlar göstərir ki, həmin müddətdə Azərbaycan ərazilərində 60-dan çox məscid dağıdılıb, yüzlərlə tarixi abidə məhv edilib və ya ciddi ziyan görüb. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məzarlıq sistemli şəkildə məhv olunub, qəbirlər qazılıb, başdaşıları sınd

Bu gün
17:040
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTOSiyasət

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib - FOTO

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib.

Bu gün
16:300