Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb
Siyasət

Azərbaycan Ordusunda 31 Mart soyqırımı qurbanları anılıb

Dünən
19:32
2 baxış
Paylaş:

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bütün hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirləri keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və soyqırımı qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirlərdə 1918-ci ildə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan və digər bölgələrdə törədilən kütləvi qətliamlar barədə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri, eləcə də torpaqlarımızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının məzarları ziyarət olunub, sənədli filmlər nümayiş etdirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#31_Mart_-_Azərbaycanlıların_Soyqırımı_Günü#Azərbaycan_Ordusu#Azərbaycan_Müdafiə_Nazirliyi#Zakir_Həsənov

Oxşar Xəbərlər

"Haber Global": "31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan günlərdən biridir" - VİDEOSiyasət

"Haber Global": "31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan günlərdən biridir" - VİDEO

"31 mart Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxan günlərdən biridir".

Dünən
23:042
Səudiyyə Ərəbistanı İran və ABŞ arasında qalıb - Müharibənin xərclərini kim ödməlidir? - VİDEOSiyasət

Səudiyyə Ərəbistanı İran və ABŞ arasında qalıb - Müharibənin xərclərini kim ödməlidir? - VİDEO

"Fikrimcə, prezident onlara çağırış edəcək. Bu barədə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlbəttə ki, bu, prezidentin qərarıdır. Düşünürəm ki, bu barədə dövlət başçısından daha çox şey eşidəcəksiniz".

Dünən
23:001
ABŞ-nin silah təchizatını dayandırması Ukraynaya hansı riskləri yaradır? - Vaşinqtonın yeni taktikasıSiyasət

ABŞ-nin silah təchizatını dayandırması Ukraynaya hansı riskləri yaradır? - Vaşinqtonın yeni taktikası

Donald Trampın Administrasiyası ABŞ-nin Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqlərini xəbərdar etməyə başlayıb. Bu barədə "Politico" məlumat yayıb. Bildirilib ki, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranla müharibəyə yönəltməyə üstünlük verməsidir.

Dünən
21:241
Trampın İrana verilən möhləti uzatmasının PƏRDƏARXASI: Müharibə yeni fazaya keçir?Siyasət

Trampın İrana verilən möhləti uzatmasının PƏRDƏARXASI: Müharibə yeni fazaya keçir?

ABŞ Prezidenti Donald Tramp İranın enerji sisteminə zərbələrə tətbiq olunan moratoriumu (təxirəxalma) aprelin 6-dək uzadıb. Siyasətçi qeyd edib ki, fasilə İran hökumətinin xahişi ilə uzadılıb. O, təmasların dayandırılması barədə yayılan məlumatları təkzib edib və əlavə edib ki, Tehranla danışıqlar çox yaxşı gedir.

Dünən
19:541