Son dəqiqə
İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEOYetmiş yaşlı kişi sanatoriyada öldüBakıda yolu keçən qadını vuran şəxs futbolçu imiş - VİDEO - FOTORegionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEOAkademik Zərifə Əliyevanın doğum günüdürFermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. ABŞ-nin silah təchizatını dayandırması Ukraynaya hansı riskləri yaradır? - Vaşinqtonın yeni taktikası
ABŞ-nin silah təchizatını dayandırması Ukraynaya hansı riskləri yaradır? - Vaşinqtonın yeni taktikası
Siyasət

ABŞ-nin silah təchizatını dayandırması Ukraynaya hansı riskləri yaradır? - Vaşinqtonın yeni taktikası

31 mart 2026
21:24
1 baxış
Paylaş:

Donald Trampın Administrasiyası ABŞ-nin Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqlərini xəbərdar etməyə başlayıb. Bu barədə "Politico" məlumat yayıb. Bildirilib ki, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranla müharibəyə yönəltməyə üstünlük verməsidir.

Donald Trampın Administrasiyası ABŞ-nin Ukraynaya silah tədarükünün yaxın aylarda dayandırıla biləcəyi barədə müttəfiqlərini xəbərdar etməyə başlayıb. Bu barədə "Politico" məlumat yayıb. Bildirilib ki, bunun səbəbi Pentaqonun silah ehtiyatlarını İranla müharibəyə yönəltməyə üstünlük verməsidir.

ABŞ-nin Ukraynaya silah idxalını dayandırması rəsmi Kiyev üçün hansı problemləri yarada bilər?

Məsələ ilə bağlı Gundem.today-a danışan hərbi ekspert Ramil Məmmədli xatırladıb ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya silah təchizatı zəifləyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton bu öhdəliyi Avropanın üzərinə qoymaq istəyir:

"Hazırkı məqamda ABŞ bu məsələdə düzgün mövqe nümayiş etdirir, maliyyə dəstəkçisi rolunu oynayır. Məhsulların Ukraynaya çatdırılması logistik baxımdan çətindir. Bu, texniki cəhətdən də problemlidir, çünki bir çox müəssisələr ABŞ-nin mərkəzində yerləşir. Məsələnin siyasi tərəfinə baxdıqda isə Ukrayna Prezidenti Volodimir Zelenski Demokratlar Partiyasının layihəsidir. Zelenskini onlar hakimiyyətə gətirib. Həmçinin, onu da vurğulamaq lazımdır ki, 2022-2023-cü illərə qədər müəyyən silah-sursatlar var idi ki, onlar Avropada hazırlanmırdı və ya istehsal həcmi aşağı idi. Lakin qeyd olunan tarixdən sonra Polşa, Çexiya, Bolqarıstan, Rumıniya kimi ölkələr hazırda Ukraynanın istifadə etdiyi silahları istehsal etməyə başladılar. Nəticədə onların ABŞ-dən Ukraynaya göndərilməsinə ehtiyac qalmadı".

Ekspert qeyd edib ki, müəyyən istisnalar olmaqla, Avropa ölkələri Ukraynanı sursatlarla təmin edə bilir:

"Düzdür, müəyyən çatışmazlıqlar mövcuddur. Məsələn, Ukraynanın D-20 artilleriya sisteminə ehtiyacı var ki, bu da Avropada istehsal olunmur. Həmçinin müəyyən strateji və əməliyyat-taktiki silahlar mövcuddur ki, onlar Ukraynanın üçün vacibdir. Qeyd olunduğu kimi, ABŞ-nin təchizatı dayandırmaq səbəblərindən biri də İranla aparılan müharibədir. Rəsmi Vaşinqton rahatlıqla bir cəbhədə mübarizə apara bilər, çünki Avropa Ukraynanı silah-sursatla böyük ölçüdə təmin edir. Hətta bəzi məhsullar var ki, artıq Ukraynada istehsal olunur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEOSiyasət

İlham Əliyev: "Müharibə və münaqişələrin artdığı dövrdə özümüzü müdafiə etməyə hazır olmalıyıq" - VİDEO

"Çexiya müdafiə sənayesi sahəsində özünün çox müasir və etibarlı məhsulları ilə xeyli tanınır".

Bu gün
00:360
Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEOSiyasət

Regionda yeni reallıq və dəyişikliklər: Azərbaycan mərkəzi qovşağa çevrilir - VİDEO

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
00:060
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilibSiyasət

Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfər edib.

Bu gün
22:560
İlham Əliyev: "Çexiyaya səfər dəvətini məmnuniyyətlə qəbul edirəm"Siyasət

İlham Əliyev: "Çexiyaya səfər dəvətini məmnuniyyətlə qəbul edirəm"

Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkə hesabında Çexiyanın Baş naziri Andrey Babişin paylaşımı bölüşülüb və Qəbələdə aparılan müzakirələrə görə təşəkkür yer alıb.

Bu gün
22:320