
Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib - FOTO
"2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib".
"2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, bunun 696 milyon dollarlıq hissəsi meyvə-tərəvəz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur.
"Kənd təsərrüfatı məhsulları qarşılıqlı ticarət dövriyyəsinin strukturunda mühüm yer tutur. Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracının əsas istiqaməti olaraq qalır. Eyni zamanda, ötən il Rusiyadan kənd təsərrüfatı məhsullarının idxal dəyəri 832 milyon ABŞ dollarından çox olub", - deyə hökumət rəsmisi əlavə edib.
O, xatırladıb ki, 2025-ci ildə iki ölkə 4.9 milyard ABŞ dolları, bu ilin I rübündə isə 750 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclası keçirilib
Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
SiyasətŞuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandı
Şuşa şəhərində Türk Dövlətləri Rəqabət Şurasının Rəqabət Forumu keçiriləcək.
SiyasətAleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"
"Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir".
Siyasətİlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM
Hikmət Baba oğlu Məmmədov (Babaoğlu) "Şöhrət" ordeni ilə təltif edilib.