Son dəqiqə
Yaxın Şərqdə "Hizbullah" düyünü: Kəsiləcək, yoxsa daha da dolaşacaq?Avtomobillə piyadanı vuraraq öldürən şəxs mərhumun ailəsinə 31 min manat ödəyəcəkKahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTOAilə başçısını itirən tələbələrlə bağlı VACİB QƏRAR"Haber Global" İlham Əliyevin Türkiyə səfərindən reportaj yayımladı - VİDEOABŞ Çinlə gizli razılaşma əldə edib: Körfəzdə maraqlar bölüşdürülür? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclası keçirilib
Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclası keçirilib
Siyasət

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclası keçirilib

Bu gün
16:41
0 baxış
Paylaş:

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.

Gundem.today xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Hökumətlərarası Komissiyanın Rusiya tərəfindən sədri, Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev çıxış edərək azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ş.Mustafayev bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Respublikası Rusiya Federasiyası ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl və dinamik inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən həyata keçirilən siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm impuls verdiyi vurğulanıb.

Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.

Gundem.today "Report"a istinadən xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.

Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.

Bununla yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişafı, tranzit imkanlarının artırılması və regional layihələrdə qarşılıqlı iştirak məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.

İclasın yekununda tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.

Komissiyanın 23-cü iclası 2025-ci il avqust 22-də Rusiyanın Həştərxan şəhərində keçirilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş "Cahangirbəyli" Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.

Tədbir iştirakçıları görülmüş işlərlə yaxından tanış olublar.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları aprelin 16-da Zəngilan rayonuna səfər ediblər.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında qonaqları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

İclas iştirakçıları əvvəlcə Zəngilan rayonunun Ağalı kəndi ilə tanış olublar.

Məlumat verilib ki, Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.

Diqqətə çatdırılıb ki, kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.

Qeyd edək ki, Hökümət

#Siyasət#Azərbaycan-Rusiya_iqtisadi_münasibətləri#Böyük_Qayıdış#Rusiya_Federasiyası#Zəngilan_rayonu#Ağalı_kəndi#Şahin_Mustafayev#Aleksey_Overçuk

Oxşar Xəbərlər

Yaxın Şərqdə "Hizbullah" düyünü: Kəsiləcək, yoxsa daha da dolaşacaq?Siyasət

Yaxın Şərqdə "Hizbullah" düyünü: Kəsiləcək, yoxsa daha da dolaşacaq?

Yaxın Şərqdə gərginlik yenidən artır, İsrail-ABŞ və İran arasında qarşıdurma daha mürəkkəb və çoxşaxəli mərhələyə qədəm qoyur.

Bu gün
17:480
"Haber Global" İlham Əliyevin Türkiyə səfərindən reportaj yayımladı - VİDEOSiyasət

"Haber Global" İlham Əliyevin Türkiyə səfərindən reportaj yayımladı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalyaya səfər edib.

Bu gün
17:410
ABŞ Çinlə gizli razılaşma əldə edib: Körfəzdə maraqlar bölüşdürülür? - VİDEOSiyasət

ABŞ Çinlə gizli razılaşma əldə edib: Körfəzdə maraqlar bölüşdürülür? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
17:400
Şuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandıSiyasət

Şuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandı

Şuşa şəhərində Türk Dövlətləri Rəqabət Şurasının Rəqabət Forumu keçiriləcək.

Bu gün
16:160