
Azərbaycan və Rusiyanın qarşılıqlı investisiya qoyuluşunun məbləği açıqlanıb - FOTO
"Bu il aprelin 1-nə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 10.7 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1.2 milyard ABŞ dolları investisiya qoyub".
"Bu il aprelin 1-nə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 10.7 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1.2 milyard ABŞ dolları investisiya qoyub".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
"Azərbaycanın kapital qoyuluşlarının əhəmiyyətli hissəsi turizm-rekreasiya sahəsində cəmləşib, müasir sanatoriya-kurort müəssisələrinin yaradılması üzrə bir sıra nəzərəçarpan layihələr həyata keçirilib", - deyə o qeyd edib.
Bundan başqa, hökumət rəsmisinin sözlərinə görə, Azərbaycanda Rusiya kapitalı ilə 2 100-dən çox kommersiya strukturu qeydiyyatdan keçib, bunun 1 400-dən çoxu fəaliyyət göstərir:
"Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahəsi daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında təmsil olunurlar. Azərbaycanda Rusiya investorlarının səmərəli və rahat işi üçün bütün şərait yaradılıb. Biz Rusiya şirkətlərini azad edilmiş ərazilərdə investisiya layihələrinin həyata keçirilməsinə daha fəal qoşulmağa çağırırıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclası keçirilib
Aprelin 16-da Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
SiyasətŞuşada Rəqabət Forumu keçiriləcək - Tarix açıqlandı
Şuşa şəhərində Türk Dövlətləri Rəqabət Şurasının Rəqabət Forumu keçiriləcək.
SiyasətAleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"
"Xəzər dənizində kruiz daşımalarının başlanması perspektivlidir".
Siyasətİlham Əliyevdən Hikmət Babaoğlu ilə bağlı SƏRƏNCAM
Hikmət Baba oğlu Məmmədov (Babaoğlu) "Şöhrət" ordeni ilə təltif edilib.