Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Azərbaycan və Türkiyə hərbçilərinin "Heydər Əliyev-2026" birgə təlimi start götürdü - FOTO - VİDEO
Azərbaycan və Türkiyə hərbçilərinin "Heydər Əliyev-2026" birgə təlimi start götürdü - FOTO - VİDEO
Ordu

Azərbaycan və Türkiyə hərbçilərinin "Heydər Əliyev-2026" birgə təlimi start götürdü - FOTO - VİDEO

Bu gün
10:38
0 baxış
Paylaş:

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Türkiyənin Qars şəhərində keçiriləcək "Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə iki qardaş dövlətin bayraqlarının dəyişmə mərasimi keçirilib.

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Türkiyənin Qars şəhərində keçiriləcək "Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə iki qardaş dövlətin bayraqlarının dəyişmə mərasimi keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb.

Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

"Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi baş tutub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Toplantının ardınca təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması, şəxsi heyətin bilik-bacarıqlarının artırılmasından ibarətdir.

Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Naxçıvan_Muxtar_Respublikası#Azərbaycan_Ordusu

Oxşar Xəbərlər

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib, rusiyalı həmkarı ilə görüşübOrdu

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib, rusiyalı həmkarı ilə görüşüb

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu gün
01:240
Azərbaycanlı hərbçilər "Heydər Əliyev-2026" təlimində iştirak üçün Türkiyəyə gediblərOrdu

Azərbaycanlı hərbçilər "Heydər Əliyev-2026" təlimində iştirak üçün Türkiyəyə gediblər

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bölmələri "Heydər Əliyev-2026" təlimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər.

Bu gün
21:180
Aprel döyüşlərinin qəhrəman pilotları anılıb - VİDEOOrdu

Aprel döyüşlərinin qəhrəman pilotları anılıb - VİDEO

2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.

Dünən
18:500
Aprel şəhidinin anası: "Komandirə deyib ki, səni ölməyə qoymayacağıq" - VİDEOOrdu

Aprel şəhidinin anası: "Komandirə deyib ki, səni ölməyə qoymayacağıq" - VİDEO

"Zəfərə ilk yol açan bizim balalarımız - Aprel şəhidləri olub".

Dünən
17:480