Son dəqiqə
Tramp aparıcı neft-qaz şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirdiAllahşükür Paşazadə: "Ümumdünya Kilsələr Şurası sülh prosesinin pozulmasında alət kimi istifadə olunur"Balakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olunduBalakənçaydan qeyri-qanuni yolla qum-çınqıl daşıyan iki nəfər müəyyən olundu - VİDEOLeyla Əliyeva Şəkiyə səfərindən paylaşım edib - FOTOFransa Malidəki vətəndaşlarını ölkəni təcili tərk etməyə çağırdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar - VİDEO
Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar - VİDEO
Cəmiyyət

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar - VİDEO

28 mart 2026
16:00
1 baxış
Paylaş:

44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı Azərbaycanın əsas problemi erməni separatçılığını məhv etməklə yanaşı, təsiri ilə alovlandırılan digər regional separatçılıq meyillərini də əsaslı dərəcədə boğdu. Təbii ki, bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fədakar əməkdaşlarının sistemli fəaliyyətini də unutmaq olmaz. Hazırda da məlum separatçılıq nöqtələri diqqətlə saxlanılır, mütəmadi lazımi tədbirlər görülür.

44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatı Azərbaycanın əsas problemi erməni separatçılığını məhv etməklə yanaşı, təsiri ilə alovlandırılan digər regional separatçılıq meyillərini də əsaslı dərəcədə boğdu. Təbii ki, bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fədakar əməkdaşlarının sistemli fəaliyyətini də unutmaq olmaz. Hazırda da məlum separatçılıq nöqtələri diqqətlə saxlanılır, mütəmadi lazımi tədbirlər görülür.

Son dövrlərin qaynar gündəmləri fonunda altdan-altdan bir şəxs ətrafında əsassız, təhrif olunmuş və süni şişirməyə köklənmiş obraz yaratma əməliyyatını müşahidə etməkdəyik. Bu şəxs bir sıra dağıdıcı separatçı əməllərinə görə ifşa edilmiş və DTX tərəfindən xüsusi əməliyyatla saxlanmış əməllərinin inkarı mümkünsüz olan İqbal Əbilovdur.

Bəzi marjinal qrup və platformaların təkidlə "tarixçi-alim" kimi sırımağa çalışdıqları İqbal Əbilovun əslində əsas hədəfinin separatçılıq olduğu artıq danılmaz faktdır.

Gundem.today xəbər verir ki, Baku TV sözügedən dairələrin reallığı təhrif etmək və ictimaiyyəti aldatmaq cəhdlərini nəzərə alaraq İqbal Əbilov haqqında açıq mənbələrdən topladığı və redaksiyasına daxil olan bir sıra faktları ictimailəşdirmək qərarına gəlib.

Araşdırmalar göstərir ki, separatçı ideyalarla yüklənmiş "tarixçi-alim" kamuflyajlı İqbal Əbilov əslində Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Qarnik Asatryana maşalıq etmiş əmisi Kahin Əbilovun himayəsində böyüyüb. Onun çürük, içiboş və zəhərli ideyalarını mənimsəyib və Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında formalaşaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə nifrətə köklənib. İqbal Əbilovun təhsili, dünyagörüşü və seçdiyi peşə də uzun illər ərzində Qarlik Asatryanın dolayı təlimatları ilə formalaşıb.

İqbal Əbilov "tarixçi" kimliyi arxasında gizlənərək uzun müddət əslini gizlətməyə nail olmaqla yanaşı, həm də fəaliyyətini genişləndirməyə, Azərbaycan əleyhinə şəbəkələşmədə rol oynamağa, həmçinin zəhərli ideyalarını Azərbaycan və ondan kənarda yaşayan bir qrup gəncin dünya görüşünə təlqin etməyə nail olub.

İqbal Əbilovun uzunmüddətli anti-Azərbaycan fəaliyyətinin ən böyük "uğur"u isə onun separatçı dünyagörüşlü şəxs və qruplar arasında uğurlu koordinatora çevrilməsi, bir sıra hallarda isə əsas təşkilatçı kimi çıxış etməsi olub.

İqbal Abilovun qısa müddətdə separatçı xəyanətkar çevrələrdə özünə yer etməsi yalnız onun şəxsi qabiliyyətləri hesabına olmayıb. Həmçinin qısa müddətdə Qarnik Asatryanın etimadını qazanmağa nail olan İqbal bir müddət sonra özü də müstəqil şəkildə birbaşa Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb və onların tapşırıqlarını icra etməyə nail olub.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

DİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDUCəmiyyət

DİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU

Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.

Bu gün
18:120
Yaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTOCəmiyyət

Yaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTO

"Yazın gəlişi bir çox insan üçün xoş əhval-ruhiyyə ilə yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur".

Bu gün
17:580
Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADICəmiyyət

Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADI

Bu gündən Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.

Bu gün
17:500
Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEOCəmiyyət

Qəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.

Bu gün
17:340