
Suqovuşanda əkin üçün torpağa sahiblənmək istəyənlərə MÜJDƏ - MÜRACİƏT QƏBULU BAŞLADI
Bu gündən Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.
Bu gündən Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır.
Gundem.today Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sənədlərin təqdim olunması Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.
Suqovuşan kəndində yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi mayın 29-u günün sonunadək davam edəcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Bu kənddə birillik və çoxillik bitkilərdən - armud, gilas, şaftalı, nektarin, ərik, nar, qoz, fındıq, şabalıd, üzüm (süfrə və texniki), moruq, böyürtkən, çiyələk, qarağat, mavigilə (dibçəkdə), buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, kartof, yonca, xaşa və müxtəlif ot qarışıqları (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.
Qeyd edək ki, müraciət edən şəxslər ilə müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılması 1 iyun-31 iyul tarixləri arasında baş tutacaq. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.
Fermerlər əlavə məlumat üçün Ağdərə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-858-54-37, 051-770-95-93) müraciət edə bilərlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDİQQƏT: Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU
Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.
CəmiyyətYaz allergiyası astmaya çevrilə bilərmi? - Səhiyyə Nazirliyinin pulmonoloqu AÇIQLADI - FOTO
"Yazın gəlişi bir çox insan üçün xoş əhval-ruhiyyə ilə yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur".
CəmiyyətQəzalı evdə yaşayan Çernobıl əlili niyə mənzillə təmin edilmir? - RƏSMİ AÇIQLAMA - VİDEO
Masallı rayon sakini, II qrup Çernobıl əlili Tahir Abdullayev illərdir beş nəfər ailə üzvü ilə birlikdə qəzalı vəziyyətdə olan evdə yaşadığını bildirir.
CəmiyyətBakıda boru partladı: Su basan küçə ilə bağlı son vəziyyət - VİDEO - FOTO
Bakı şəhəri, Nəsimi rayonunda su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.