
Azərbaycanda 52 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
Bu gün 52 687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında keçiriləcək.
İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3 837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4 800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMotosikletçi ilə dalaşan sabiq vəzifəli şəxs vəfat etdi - FOTO
Prezident Sarayının Təminatı şöbəsinin müdiri Sultan Dadaşov vəfat edib.
CəmiyyətSabah 21 dərəcə isti olacaq - 17.04.2026
Azərbaycanda aprelin 17-nə gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətYasamalda sakinlər təhlükə siqnalı verirlər - "Melissa Group"a daxil olan MTK ilə bağlı şikayət
"Melissa Group" tikinti şirkətinə daxil olan "ASP" MTK ilə bağlı redaksiyamıza sakinlər tərəfindən şikayət daxil olub.
CəmiyyətNərimanovda ağacların kütləvi şəkildə kəsilməsinin SƏBƏBİ MƏLUM OLDU - FOTO - VİDEO
Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə aydınlıq gətirilib.