
Azərbaycanda Amerika Ticarət Palatasına yeni icraçı direktor təyin edilib
Amerika Ticarət Palatasına yeni ("AmCham Azərbaycan") icraçı direktor təyin edilib.
Amerika Ticarət Palatasına yeni ("AmCham Azərbaycan") icraçı direktor təyin edilib.
Gundem.today xəbər verir ki, bu vəzifəyə Zaur Kərimov təyin edilib.
Bu təyinat "AmCham Azərbaycan"ın uzun illər ərzində formalaşmış daxili kadr potensialına əsaslanır. 2007-ci ildən etibarən təşkilatda fəaliyyət göstərən Zaur Kərimov bu müddət ərzində müxtəlif rəhbər vəzifələrdə çalışaraq qurumun əməliyyat proseslərinin təkmilləşdirilməsi və üzv şirkətlərlə əlaqələrin inkişafında mühüm rol oynayıb.
Zaur Kərimov peşəkar fəaliyyətinə 2002-ci ildə "Hyatt Regency Baku" otelində maliyyə sahəsində başlayıb. 2007-ci ilə qədər burada çalışaraq əməliyyat idarəetməsi üzrə əhəmiyyətli təcrübə qazanıb. Həmin ildən etibarən fəaliyyətini "AmCham Azərbaycan"da davam etdirən Z.Kərimov təşkilatda mühasib, əməliyyatlar direktoru və direktor müavini vəzifələrində çalışıb. O, Palatada fəaliyyət göstərdiyi dövrdə təşkilatın inkişafına və biznes icmasının təkmilləşdirilməsinə əhəmiyyətli töhfələr verən aparıcı rəhbər şəxslərdən biri olmuşdur.
Yeni vəzifəsində Zaur Kərimovun rəhbərliyi altında təşkilatın əsas prioritetləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində advokasiya fəaliyyətinin gücləndirilməsi və strateji tərəfdaşlıqların genişləndirilməsi olacaq.
Məlumat üçün bildirək ki, Zaur Kərimov 1993-1998-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alıb, 1999-cu ildə hərbi xidmətini başa vurub. O, ailəlidir və üç övladı var.
Qeyd edək ki, "AmCham Azərbaycan" ölkədə fəaliyyət göstərən beynəlxalq və yerli şirkətləri bir araya gətirən aparıcı biznes platformalarından biridir və biznes mühitinin inkişafına yönəlmiş təşəbbüslərlə çıxış edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.