
Azərbaycanda bəzi cərimələr ləğv olunacaq
"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".
"Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq".
Gundem.today xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
"Normativ Hüquqi Aktlar Haqqında Konstitusiya" Qanununa və Cinayət Məcəlləsinə görə məsuliyyəti yüngülləşdirən halların geriyə qüvvəsi var. Yəni əməl cinayət, ya inzibati xəta tərkibi halından azad olunursa, o zaman əvvəlki dövr üçün icra olunmamış cərimələr ləğv olunmalıdır", - deyə o bildirib
Xatırladaq ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar aqrar fəaliyyətinə mane olduqda icazə veriləcək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu məsələ ilə bağlı danışarkən bu məsələyə toxunmuş və "qanun qəbul olunduqdan sonra əvvəlki cərimələrin ləğvi nəzərdə tutulacaqmı" sualını ünvanlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Cəmiyyət"Space"in yeni rəhbəri kimdir? - DOSYE
"Space" televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.
CəmiyyətElm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni təyinat olub - FOTO
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.
CəmiyyətFHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.