Son dəqiqə
Paşinyan "Avropa Siyasi Birliyi"nin sammitində iştirakına görə Prezident İlham Əliyevə təşəkkür edibİstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏBÇində zavodda güclü partlayış oldu - VİDEOPrezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb"The Guardian": ABŞ BMT-ni büdcə ixtisarı ilə hədələyirSaxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. FHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
FHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət

FHN-dən təhlükəli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bu gün
17:46
0 baxış
Paylaş:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gundem.today xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müraciət yayıb.

Bildirilib ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur:

"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır"

"Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#FHN_xəbərdarlıq#güclü_külək#intensiv_yağış#sel_təhlükəsi#şimşək#hava_şəraiti_proqnozu#təhlükəsizlik_qaydaları#Milli_Hidrometeorologiya_Xidməti#daşqın.

Oxşar Xəbərlər

İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏBCəmiyyət

İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB

İstehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 30 gün müddətində tam məbləğdə ödənməlidir.

Bu gün
18:260
Şəmkirdə dörd kənd qazsız qalacaqCəmiyyət

Şəmkirdə dörd kənd qazsız qalacaq

Sabah saat 10:00-dan etibarən Şəmkir rayonunun Könüllü, Abbaslı, Seyfəli və Mehrli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
18:100
Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEOCəmiyyət

Nəsimi rayonunda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirilib - VİDEO

Nəsimi rayonunda yol polisi "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirib.

Bu gün
18:080
Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026Cəmiyyət

Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə olunur - FOTO - 04.05.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu gün
17:590