Son dəqiqə
Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaradıb - VİDEOÇernobıl faciəsindən 40 il ötür: Azərbaycanlı şahidin xatirələri - FOTORusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblarKeniyalı atlet marafonda dünya rekordu müəyyənləşdirdiPrezident İlham Əliyev: "Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır"Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda buraxılış imtahanı keçirildi - Nəticələr nə vaxt məlum olacaq?
Azərbaycanda buraxılış imtahanı keçirildi - Nəticələr nə vaxt məlum olacaq?
Cəmiyyət

Azərbaycanda buraxılış imtahanı keçirildi - Nəticələr nə vaxt məlum olacaq?

Bu gün
15:00
0 baxış
Paylaş:

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Nizami, Xəzər və Nəsimi rayonlarında, Sumqayıt, Abşeron, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad, Masallı, Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad, Xaçmaz, Quba, Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilib.

Bu gün, həmçinin Çilov adasında yerləşən məktəbdə oxuyan şagirdlər buraxılış imtahanı verib. Həmin məktəbə imtahan rəhbəri və materialların daşınması "Azneft" İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4 171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55 282 şagirdin iştirakı nəzərdə tutulurdu.

İlkin məlumatlara əsasən, bir nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın altı həftədən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Bu gün 55 282 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Verilən məlumata görə, imtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4 171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, imtahan Bakı şəhərinin Sabunçu, Nizami, Xəzər və Nəsimi rayonlarında, Sumqayıt, Abşeron, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad, Masallı, Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad, Xaçmaz, Quba, Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.

İmtahan saat 11:00-də başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_İmtahan_Mərkəzi_(DİM)#Buraxılış_imtahanları

Oxşar Xəbərlər

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaradıb - VİDEOCəmiyyət

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaradıb - VİDEO

Bakının mərkəzində ağac qırılaraq təhlükəli vəziyyət yaradıb.

Bu gün
16:440
Yollarda görünüş məsafəsi məhdudlaşacaqCəmiyyət

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında aprelin 27-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu gün
16:080
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQCəmiyyət

Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu gün
15:360
Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir?Cəmiyyət

Abşeronun "qırmızı qızıl"ı - Süfrələrimizə dad qatan məhsulun istehsalı üçün fermerlərə nə qədər subsidiya verilir?

"Qırmızı qızıl" kimi parlayan zəfəran uzun illər Azərbaycanda təkcə kənd təsərrüfatı məhsulu deyil, həm də mədəni irsin, məişət ənənələrinin və milli mətbəxin ayrılmaz hissəsi olub. Tarixən bu məhsulun əsas ünvanı Bakı və Abşeron yarımadası sayılıb. Abşeron zəfəranı keyfiyyəti, ətri və rəngi ilə seçilib, ölkə daxilində, eləcə də regionda tanınıb. Lakin 2021-2025-ci illəri əhatə edən rəsmi statistik rəqəmlərin təhlili göstərir ki, bu tarixi üstünlük tədricən zəifləyir, Azərbaycanın zəfəran xəritə

Bu gün
15:240