
Rusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblar
Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar.
Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar.
Gundem.today "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Moskva Vilayət Prokurorluğu məlumat yayıb.
İdarənin verdiyi məlumata görə, cinayətkarlar zərərçəkmişə zəng edərək özlərini "Dövlət xidmətləri" ("Qosusluqi") portalının əməkdaşları kimi təqdim ediblər. Onlar qadına bank hesablarından pul sızması barədə saxta məlumat verərək, təcili olaraq bütün nağd vəsaitləri çıxarmağı tövsiyə ediblər.
Dələduzların təlimatlarına əməl edən təqaüdçü pulları hissə-hissə hesablarından çıxarıb, onların şəklini çəkib, yığıb bağlayaraq kuryerə təhvil verib. Prokurorluqdan bildirilib ki, qadının yanında yetkin yaşlı qızının olması belə cinayətkarları dayandırmayıb, nəticədə dələduzlar hər iki qadını aldatmağa nail olublar.
Faktla bağlı cinayət işi açılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Dəmir Qübbə" ilk dəfə İsraildən başqa ölkəyə göndərilib
İsrail hökuməti ABŞ və İsrailin İrana qarşı əməliyyatının və ona cavab zərbələrinin ilkin dövründə "Dəmir Qübbə" hava hücumundan müdafiə batareyasını və onun operatorlarını Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.
DünyaHörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladı
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.
DünyaÇernobıl faciəsindən 40 il ötür: Azərbaycanlı şahidin xatirələri - FOTO
1986-cı il aprelin 26-da baş verən Çernobıl faciəsi bəşəriyyət tarixində ən ağır texnogen qəzalardan biri kimi yadda qalıb.
DünyaKİV: Malinin müdafiə naziri öldürülüb
Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.