Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycanda İLK: WUF13 çərçivəsində yeni standart tətbiq olunacaq
Azərbaycanda İLK: WUF13 çərçivəsində yeni standart tətbiq olunacaq
Siyasət

Azərbaycanda İLK: WUF13 çərçivəsində yeni standart tətbiq olunacaq

Bu gün
12:43
0 baxış
Paylaş:

​Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri" dövlət standartı ərsəyə gətirilib.

​Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri" dövlət standartı ərsəyə gətirilib.

Gundem.today xəbər verir ki, sənəd beynəlxalq ISO 20121:2024 "Event Sustainability Management Systems" norması əsasında formalaşdırılıb və ilk dəfə olaraq Azərbaycanın milli standartlaşdırma sisteminə uyğunlaşdırılıb.

Şirkətin açıqlamasında bildirilir ki, yenilənmiş ISO 20121:2024 standartı 2024-cü ilin fevral ayında təsdiqlənib:

"Onun məqsədi iqlim fəaliyyəti və əlçatanlıq kimi mövzuları nəzərə alaraq davamlılığı tədbir idarəçiliyinin bütün mərhələlərinə inteqrasiya etmək və uzunmüddətli, ölçülə bilən faydaların yaradılmasını həyata keçirməkdir.

Vacib məqam standartın tətbiq sahəsinin genişliyidir. Bu yanaşma təkcə dövlət qurumlarını əhatə etmir. Eyni zamanda özəl sektor, tədbir təşkilatçıları, təchizatçılar və ümumilikdə bu sahədə fəaliyyət göstərən bütün tərəflər üçün yeni imkanlar yaradır. Bu isə o deməkdir ki, gələcəkdə bu standart təkcə bir tədbirin deyil, bütövlükdə ölkədəki ekosistemin bir hissəsinə çevriləcək.

Son illər ərzində Azərbaycanda qlobal miqyaslı tədbirlərin təşkili sahəsində ciddi insan kapitalı və institusional təcrübə formalaşıb. Bu gün biz tədbirlərə ev sahibliyi edən ölkə olmaqla yanaşı, bu sahədə qazanılmış bilik və təcrübəni paylaşan, hətta ixrac edən tərəf kimi tanınırıq.

Məhz bu mərhələdə növbəti vacib addım müvafiq təcrübənin sistemləşdirilməsi və vahid yanaşma əsasında inkişaf etdirilməsidir. Bu kontekstdə, WUF13 Azərbaycan Əməliyyat Şirkəti olaraq təqdim etdiyimiz standart xüsusi əhəmiyyət daşıyır. Sözügedən proses ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji istiqamətlərlə də tam uzlaşır.

Xüsusilə cənab Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri" sərəncamında yer alan "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" istiqaməti bu yanaşmanın əsasını təşkil edir.

Eyni zamanda, ölkəmizin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşma siyasəti bu istiqamətdə görülən işlərin beynəlxalq çərçivəyə inteqrasiyasını reallaşdırır. Hələ 2016-cı ildə Prezidentin fərmanı ilə Davamlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycanın milli prioritetləri Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyi ilə tam uyğunlaşdırılıb.

Əgər son 10-12 illik dövrə nəzər salsaq, 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsindən başlayaraq, Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları, COP29 və bu gün WUF13-ə qədər uzanan bir inkişaf xəttini aydın şəkildə görmək mümkündür.

Bu tədbirlərin hər biri yalnız təşkilati uğurla fərqlənməyib, eyni zamanda idarəetmə yanaşmalarının, planlaşdırma mədəniyyətinin və dayanıqlılıq prinsiplərinin mərhələli şəkildə formalaşmasına nail olub. Bu baxımdan, WUF13 xüsusi mərhələni təmsil edir.

Əgər əvvəlki illərdə biz bu prinsipləri tətbiq edir, öyrənir və inkişaf etdirirdiksə, artıq bu gün həmin yanaşma konkret standart formasında öz məntiqi təsdiqini tapır. Biz təqdim olunan standarta yalnız texniki bir sənəd kimi yanaşmırıq, ölkədə tədbirlərin təşkili sahəsində vahid idarəetmə modelinin formalaşması kimi qəbul edirik.

ISO 20121 standartı ilk dəfə 2012-ci ildə London Olimpiya və Paralimpiya Oyunlarının təcrübəsindən ilhamlanaraq yaradılıb. Bu standartı dünya miqyasında ən nüfuzlu tədbirlər tətbiq edib: London 2012, Rio 2016 və Paris 2024 Olimpiya Oyunları, FIFA Dünya Kuboku Qatar 2022, Davos Dünya İqtisadi Forumu.

Yaradılan standartın hazırlanmasında 30-dan çox ölkənin ekspertləri iştirak edib. 2024-cü ildə standart yenilənib: ətraf mühit, sosial idarəetmə və korporativ idarəetmə tələbləri, yəni ESG (ekoloji, sosial və idarəetmə) meyarları, habelə insan hüquqları və inklüzivlik məsələləri əlavə olunub.

Standart beynəlxalq tədbir idarəçiliyində artıq özünü təsdiqləmiş yanaşmadır və müxtəlif qlobal platformalarda istifadə edilib. Biz də bu gün həmin beynəlxalq çərçivənin milli səviyyədə tətbiqini yerinə yetirən və onu öz idarəetmə praktikasına yönəldən tərəf kimi çıxış edirik.

WUF13-ə hazırlıq çərçivəsində WUF13 Azərbaycan Əməliyyat Şirkətinin işçi heyətinin 90 faizi bu istiqamətdə təlimlərə cəlb olunub. Tədbirin təşkili isə bütün mərhələlərdə ISO 20121 və ISO 9001 standartlarına uyğun şəkildə sertifikatlaşdırılıb. Bu isə onu göstərir ki, söhbət yalnız konseptual yanaşmadan getmir. Standart real tətbiq olunmuş və sınaqdan keçmiş idarəetmə sistemidir.

WUF13 çərçivəsində əldə olunan bu nəticə, yəni ISO 20121 standartının milli səviyyədə qəbulu bu tədbirin ən mühüm irs komponentlərindən biri kimi qiymətləndirilir. Əgər biz bu günə qədər təcrübə qazanmışıqsa, bu standart həmin təcrübənin sistemləşdirilmiş formasıdır. Və ən əsası, bu yanaşma gələcək nəsillərə ötürüləcək bir idarəetmə mədəniyyətinin əsasını qoyur.

Standartın tətbiqi bir neçə istiqamətdə konkret faydalar yaradır. İqtisadi baxımdan resursların daha səmərəli istifadəsinə və xərclərin op

#Siyasət#WUF13#ISO_20121#AZS_ISO_20121:2026#tədbir_davamlılığı#dayanıqlı_idarəetmə#standartlaşdırma#qlobal_tədbirlər#Azərbaycan#ekoloji_irs#ESG_meyarları#tədbirlərin_təşkili#WUF13_Azərbaycan_Əməliyyat_Şirkəti.

Oxşar Xəbərlər

Pezeşkian İlham Əliyevə təşəkkür etdiSiyasət

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu gün
22:180
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcəkSiyasət

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.

Bu gün
22:120
Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEOSiyasət

Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO

Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.

Bu gün
21:120
Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEOSiyasət

Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO

"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".

Bu gün
20:420